Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2925/2023 20.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87, Xəzər RPB-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Vişnovaka adlanan ərazidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 20 noyabr 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Nizami rayon Məhkəməsinin 2(007)-7152/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən 2779,69 manat məbləğində pul vəsaiti Şəxs tutularaq tələbkar "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə əmri icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya məhkəmə əmri üzrə borcunu könüllü ödəməsilə bağlı müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu Şəxs adı çəkilən məhkəmə əmrinin icrasından yayınır və məhkəmə əmrinin icrasını dolayısı şəkildə icra etmir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və adına heç bir əmlak aşkar edilməmişdir. Məhkəmə əmri üzrə Şəxs 200 manat məbləğində ödəniş etmişdir Məhkəmə əmri üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs tam borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti ilə əlaqədar borcunu tam şəkildə ödəyə bilməyəcini qeyd etmiş, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Nizami rayon Məhkəməsinin 2(007)-7152/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, cavabdeh Şəxs 2779,69 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" BOKT MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, məhkəmə əmri üzrə borclu Şəxs Nizami rayon Məhkəməsinin 2(007)-7152/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli məhkəmə əmrinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli borclunun axtarılması barədə qərara əsasən xx.xx.1990-cı ildə ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Nizami rayon Məhkəməsinin 2(007)-7152/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli məhkəmə əmri üzrə müəyyən olunmuş borcu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmışdır. Onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Y.Qafarov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 87, Xəzər RPB-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Vişnovka adlanan ərazidə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2925/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2925/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver