Məhkəmə qərarları › İş №3(003)-2926/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2926/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2926/2023 20.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM 02 noyabr 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi barədə 01 noyabr 2023-cü il tarixli protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bu barədə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşı H.Həsənov tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və onun əsasında toplanmış materialı araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında cərimə edilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanılmadığından və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından, inzibati xəta haqqında protokol onu tərtib etmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında cərimə edilmişdir. Odur ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi səlahiyyətli orqan kimi Şəxs inzibati məsuliyyətə cəlb etmişdir. Bu səbəbdən də, protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 110, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar