Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-293/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 08 avqust 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 21 fevral 202-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1010/2019 nömrəli 23 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən 08 noyabr 2014-cü il təvəllüdlü X5 və 03 iyun 2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulmalı olan, Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, Şəxs 05 noyabr 2018-ci il tarixdən, 08 noyabr 2014-cü il təvəllüdlü X5 və 03 iyun 2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması hər ay, hər birinə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub X3 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan adı çəkilən icra sənədini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Hazırda borclu Şəxs tələbkar X3 6800 (altı min səkkiz yüz) manat borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu Şəxs hal-hazırda tələbkara 6800 (altı min səkkiz yüz) manat aliment borcu vardır. Borclu izahatında bu günə qədər yığılmış həmin borcunu hal-hazırda maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmiş, lakin 6800 (altı min səkkiz yüz) manat aliment borcundan hazırkı məhkəmə baxışı zamanı 400 manat ödəniş etmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X7 göstərdi ki, borclu Şəxs aliment borcunu vaxtlıvaxtında və tam məbləğdə ödəmir. Hazırkı məhkəmə baxışı zamanı borclu aliment borcundan 400 manat ödəniş etmiş, aralarında olan razılaşmaya əsasən 15 aprel 2022-ci il tarixdə yenidən 500 manat sabit pul məbləğini ödəyəcəyi barədə yazılı öhdəlik götürmüşdür. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, qanunu qüvvədə olan məhkəmə qətnaməsinin icrasından yayınmır, əksinə, məhkəmə qətnaməsini icra etməyin onun vəzifəsi olduğunu bilir, lakin o, İİ qrup əlilliyi olan şəxsdir, heç bir yerdə işləmir, 268 manat məbləğində pensiya alır, bundan başqa, sonrakı nikahından da iki uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı 400 manat ödəniş etmiş və ərizə ilə məhkəməyə müraciət edərək 15 aprel 2022-ci il tarixdə yenidən 500 manata qədər aliment ödəyəcəyinə söz verir. Bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs İİ qrup əlilliyi olan şəxsdir, heç bir yerdə işləmir, 268 manat məbləğində pensiya alır, bundan başqa, sonrakı nikahından da iki uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı 400 manat ödəniş etmiş və ərizə ilə məhkəməyə müraciət edərək 15 aprel 2022-ci il tarixdə yenidən 500 manata qədər aliment ödəyəcəyinə söz vermişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 08 avqust 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 3nında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-293/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-293/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver