Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2952/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində araşdırması aparılmış 3-33/3-1-041463/2023 nömrəli material üzrə üzrə 16 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olduğundan materiallar baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. 3- 33/3-1-041463/2023 nömrəli materialdan ayrılmış sənədlərdən müəyyən olunmuşdur ki, Şəxs 16 sentyabr 2023-cü il tarixdə J2 078 saylı İstanbul-Bakı aviareyisi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən kommersiya məqsədilə əldə etdiyi ümumi dəyəri 5593 manat dəyərində olan 1 ədədinin üzərində 1 ədəd klon olmaqla 2 ədəd boyunbağı, 2 ədəd qolbaq, 2 ədəd üzük və 1 cüt sırğadan ibarət, ümumilikdə çəkisi 64,74 qram olan müxtəlif əyarlı qızıl-zinət əşyalarını Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən “Heydər Əliyev” adına Beynəlxalq Hava limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Terminal 1" gömrük postunda gömrük nəzarətinə bəyan etməməklə Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4960-9/7148 nömrəli, 29 sentyabr 2023-cü il tarixli fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Şəxs gömrük nəzarətinə bəyan etmədiyi qızıl-zinət əşyalarının dəyəri 5593 manat təşkil edir. Şəxs götürülmüş 64,74 qram çəkidə qızıl-zinət əşyaları iş üzrə yekun qərar qəbul edilənədək saxlanılması üçün 10 oktyabr 2023-cü il tarixdə "zərgərlik məmulatlarının təhvil alınması barədə" protokolla Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. Beləliklə iş üzrə materiallardan görünür ki, Şəxs ümumi dəyəri 5593 manat olan 1 ədədinin üzərində 1 ədəd klon olmaqla 2 ədəd boyunbağı, 2 ədəd qolbaq, 2 ədəd üzük və 1 cüt sırğadan ibarət, Ümumilikdə çəkisi 64,74 qram olan müxtəlif əyarlı qızıl-zinət əşyalarını gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmişdir. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 10000-00108/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki. o, 2007-ci ildən vergi ödəyicisidir. Dükanına mal almaq üçün hər ay 1 və ya 2 dəfə Türkiyəyə gedir. 16 sentyabr 2023-cü il tarixdə Türkiyəyə gedən zaman həmin zərgərlik məmulatları üzərində olmuş, qayıdanda oğluna yalnız qolbaq və boyunbağı almışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X3 bildirmişdir ki, 16 sentyabr 2023-cü il tarixdə İsaqova X4-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş, “Yaşıl kanal”dan keçmək istəyən zaman gömrük orqanlarının əməkdaşları nəzarət qaydasında onu “Qırmızı kanal”a yönəltmişlər. “Qırmızı kanal”da üzərində şəxsi yoxlanış aparılan zaman dəyəri 5593 manat, çəkisi 64.74 qram olan zərgərlik məmulatları aşkar olunmuşdur. Buna görə də Şəxs barəsində 06 noyabr 2023-cü il tarixli, EP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X5 və Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 206.1 və 206.3.2-ci maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli, 6/4960-9/7148 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş məmulatların ümumi çəkisi 497,44 qramdır. Onlardan 175,90 qramının metalı 750 əyarlı qızıla, 321,54 qramının metalı 585 əyarlı qızıla uyğundur. Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Məmulatların 2023cü il sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 45682,00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(003)- 2951/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza ilə bağlı 200 manat məbləğində ekspertiza xərcinin X2 tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi dəyəri 5593 manat məbləğində olan malları gömrük orqanına mütləq bəyan edillməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin – 5593 manat məbləğin qırx faizi miqdarında 2237.2 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(003)-2951/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti X2 tutulması nəzərə alınmalı və iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan bəyan edilməmiş 1 ədədinin üzərində 1 ədəd klon olmaqla 2 ədəd boyunbağı, 2 ədəd qolbaq, 2 ədəd üzük və 1 cüt sırğadan ibarət, ümumi çəkisi 64,74 qram olan müxtəlif əyarlı qızılzinət əşyaları qərar qanuni qüvvəyə mindikdən sonra və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Şəxs qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2237.2 (iki min iki yüz otuz yeddi manat iki qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan bəyan edilməmiş 1 ədədinin üzərində 1 ədəd klon olmaqla 2 ədəd boyunbağı, 2 ədəd qolbaq, 2 ədəd üzük və 1 cüt sırğadan ibarət, ümumi çəkisi 64,74 qram olan müxtəlif əyarlı qızıl-zinət əşyaları qərar qanuni qüvvəyə mindikdən sonra və müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Şəxs qaytarılsın. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 3(003)-2951/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin X2 tutulması nəzərə alınsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2952/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2952/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver