Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2982/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 14 noyabr 2023-cü il tarixli protokola əsasən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin sex rəis müavini-usta Şəxs “İstehsal sahəsinin ustasının vəzifə təlimatı” bölməsinin 5.18-ci bəndinin tələblərinə riayət edilməməsi nəticəsində təmirci-çilingər X2 az ağır xəsarət almasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Texnoloji avadanlıqlarının təmiri sexinin rəis müavini-ustası vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə nahar fasiləsindən sonra V.Vəliyevi və F.Həsənovu 208 saylı bölmədə sıradan çıxmış torna dəzgahının təmiri üçün ora göndərmiş, bir müddət sonra F.Həsənov ona zəng edərək V.Vəliyevin sol əlindən xəsarət aldığını bildirmişdir. O, dərhal hadisə yerinə getmiş və işçilərin köməkliyi ilə tibb məntəqəsinə aparılaraq ilkin tibbi yardım göstərildikdən sonra 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılmışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində yüngül növdə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 08:00 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Texnoloji avadanlıqlarının təmiri sexinə iş yerinə gəldiyini, nahar fasiləsindən sonra saat 14:10 radələrində Şəxs 208 nömrəli bölmədə torna dəzgahında yaranmış nasazlıqla əlaqədar iş yoldaşı Həsənov Farizlə birlikdə dəzgahı təmir etmək üçün ora getməli olduğunu bildirdiyini qeyd etmişdir. O, həmçinin F.Həsənovla birlikdə ora getdiklərini, dəzgahın ilkin nasazlığını müəyyən etmək üçün dəzgahın yan hissəsində yerləşən qayışın qoruyucu qapağını açdığını, dəzgahın işəsalma düyməsini basdığını, anidən sol əlinin sürüşərək qayışla şkifin arasına düşməsi nəticəsində sol əlinin baş barmağından xəsarət aldığını bildirmiş və ona qarşı ilkin tibbi yardımın göstərilmədiyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və ya tələbinin olmadığını, lakin ona dəymiş maddi ziyanın da ödənilmədiyini qeyd etmişdir. Buna görə də, iş üzrə müvafiq qərarın çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq o, öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçısının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Texnoloji avadanlıqlarının təmiri sexinin işçisi X2 19 iyul 2023-cü il tarixdə, saat 14:10 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktından görünür ki, Komissiya təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Texnoloji avadanlıqlarının təmiri sexinin təmirçi-çilingəri X2 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Texnoloji avadanlıqlarının təmiri sexinin rəis müavini-ustası Şəxs nəzarətsizliyini müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 816 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X2 bədənində aşkar edilmiş xəsarət-sol əlin 1-ci barmağının barmaq əsasından travmatik amputasiyası küt əşya (dəzgahın hərəkətdə olan işlək mexanizmin arasında qalması nəticəsində) təsirindən törənmiş, törənmə müddəti onun “X9” X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gələ bilər. Dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birinindən az hissəsinin daimi (dayanıqlı) itirilməsinə səbəb olduğundan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 avqust 2023-cü il tarixli qərara əsasən X2 öz ehtiyatsızlığı üzündən xəsarət alması faktında cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış C-369/23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmasına görə – min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə zamanı müəyyən edildi ki, 19 iyul 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Texnoloji avadanlıqlarının təmiri sexinin təmirçi-çilingəri X1 əlinin dəzgahın qayışı ilə şkfin arasına düşməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi, İİİ hüquqşünas Heydər Həsənov tərəfindən aparılmış araşdırma zamanı təhlükəsizlik qaydalarının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, X2 bədənində aşkar edilmiş xəsarət-sol əlin 1-ci barmağının barmaq əsasından travmatik amputasiyası küt əşya (dəzgahın hərəkətdə olan işlək mexanizmin arasında qalması nəticəsində) təsirindən törənmiş, törənmə müddəti onun “X9” X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gələ bilər. Dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birinindən az hissəsinin daimi (dayanıqlı) itirilməsinə səbəb olduğundan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Toplanmış material üzrə cinayət hadisəsi olmadığından 18 avqust 2023-cü il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Texnoloji avadanlıqlarının təmiri sexinin rəis müavini-ustası Şəxs tərəfindən təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaların pozulması, yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunduğundan, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2982/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2982/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver