Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2988/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsi X12 İdarəsinin baş inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsi X12 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona elavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X12 İdarəsinin İstintaq Təhqiqat Şöbəsinin baş inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 24 noyabr 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X12 İdarəsinin İstintaq Təhqiqat Şöbəsinin inspektoru, polis kapitanı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində vətəndaş X10 və vətəndaş Şəxs Terminal 2 gəliş zalında onların xidməti fəaliyyətlərinə mane olaraq ictimai asayişi pozmuşlar. Yanlarındakı digər 2 vətəndaşla birlikdə qruplaşma yaradıb xidmət aparmaqlarına mane olaraq, yüksək səslə danışaraq, gömrük əməkdaşlarını təhqir etmişlər. Qeyd edilənlərə əsasən Y.Məmmədovun qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olduğunu qeyd etmiş, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Sərnişin şöbəsinin inspektoru X6 qeyd etmişdir ki, 22 noyabr 2023-cü il tarixində saat 23 radələrində xidmətdə olduğu zaman vətəndaş X10 və vətəndaş Şəxs Terminal 2 gəliş zalında onların xidməti fəaliyyətlərinə mane olaraq ictimai asayişi pozmuşlar. Yanlarındakı digər 2 vətəndaşla birlikdə qruplaşma yaradıb xidmət aparmaqlarına mane olaraq, yüksək səslə danışaraq, gömrük əməkdaşlarını təhqir etməyə başlamışlar. Yüklərini baxış üçün baxış otağına dəvət etsələr də, onlar mübahisə edərək baxışdan yayınmağa çalışmışlar. Gömrük ərazisində heç bir icazə sənədləri olmamasına baxmayaraq insident yaradıb gizli çəkiliş aparmağa çalışmışlar. Bu zaman o, X18 İdarəsinin növbədə olan növbə rəisindən zala onlara kömək göndərmələrini xahiş etmişdir. Polis əməkdaşları gələndən sonra vətəndaş X7 və vətəndaş Şəxs təkrar baxış otağına dəvət olunmuşlar. Bu zaman vətəndaş Şəxs üzərilərinə gələrək nalayiq ifadələr işlətmiş və hədə-qorxu gələrək cibindən çıxardığı kəsici alətlə özünə xəsarət yetirməyə çalışmışdır. Polis əməkdaşlarının köməyi ilə vətəndaşlar sakitləşdirilmiş və özünə zərər verməsinə icazə verilməmişdir. Ondan sonra vətəndaş Şəxs barəsində protokol tərtib edilərək polisə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Sərnişin şöbəsinin inspektoru X13 qeyd etmişdir ki, 22 noyabr 2023-cü il tarixində saat 23 radələrində xidmətdə olduğu vaxt vətəndaş X10 və vətəndaş Şəxs Terminal 2 gəliş zalında Abu Dabi aviareysilə gələndən sonra gömrük baxışı zamanı ictimai asayişi pozmuş və gömrük baxışının keçirilməsinə mane olmuşlar. O, rəsmiləşdirmə zalında yükləri rəsmiləşdirərəkən böyük səs-küy gəldiyini və insidentlə bağlı baxış otağına getdiyini bildirmişdir. Qalmaqallı vəziyyəti sakitləşdirməyə, mübahisə edənləri ayırmağa cəhd göstərmişdir. Həmin şəxslər vətəndaşlar arasında provakasiya yaradaraq gətirdikləri yüklərin rəsmiləşdirilməsinə mane olmuş və yüklərin rəsmiləşdirməmiş qaçaq yolla aparılmasına cəhd göstərmişlər. Sənan adlı vətəndaş özündən çıxaraq, nalayiq hərəkətlərə yol verərək gömrük əməkdaşlarını təhqir etmişdir. Şəxs özünə xəsarət yetirməyə çalışmış, lakin polis və gömrük əməkdaşları tərəfindən mane olunmuşdur. Beləliklə gömrük nəzarətinin keçirilməsini iflic vəziyyətə gətirmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Sərnişin şöbəsinin inspektoru X11 qeyd etmişdir ki, 22 noyabr 2023-cü il tarixində saat 23 radələrində Terminal 2 (Hava limanında) gəliş zalındakı baxış otağında vətəndaşın baqajına baxış keçirmişdir. Baxış keçirərkən baxış otağına Ceyhun və İntiqam daxil olmuşlar. Daha sonra Şəxs baxış otağına daxil olaraq müdaxilə etməyə başlamışdır. Şəxs İntiqamdan telefonu alıb otağı tərk etmək istəyərkən Ceyhun Şəxs otaqdan çıxmağına mane olmaq istəyərkən aralarında mübahisə yaranmışdır. Şəxs otaqda böyük səs-küy yaradaraq, təhqiramiz ifadələr işlədərək, əlindəki kəsici alətlə özünə xəsarət yetirməyə çalışmış və Ceyhunu hədələmişdir. O, mübahisə başlandığı andan dərhal hadisəyə müdaxilə edərək tərəfləri ayırmağa köməklik göstərmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Sərnişin şöbəsinin baş inspektoru X15 qeyd etmişdir ki, 22 noyabr 2023-cü il tarixində saat 21 radələrində növbə başçısı olaraq xidmət aparmışdır. Terminal 2 Beynəlxalq Hava limanında Abu Dhabi aviareysilə sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşları X10 və vətəndaş Şəxs sərnişin zalına daxil olandan bəri vətəndaşlar arasında qruplaşma, provakasiya yaratmaqla gömrük əməkdaşlarının qanuni tələblərinə mane olmuş, gömrük nəzarətini iflic vəziyyətə gətirmişlər. Vətəndaşlara Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı izah olunsa da dinləməməzlikdən gəlmiş, gömrük əməkdaşlarını təhqir etmiş və özlərinə xəsarət yetirəcəkləri barədə şantaj etmişlər. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Sərnişin şöbəsinin inspektoru X4 qeyd etmişdir ki, 22 noyabr 2023-cü il tarixində saat 23 radələrində xidmətdə olduğu zaman vətəndaş X10 və vətəndaş Şəxs Terminal 2 (gəliş zalı) Abu Dabi aviareysi ilə gəlmişlər. Bu zaman o, reysdən gələn digər vətəndaşların yüklərinin rəsmiləşdirməsini apararkən baxış otağından səslərin yüksəldiyini eşitmiş və baxış otağına yaxınlaşmışdır. Baxış otağına gəldikdə insident olduğunu görmüşdür. Vəziyyəti görən kimi dərhal mübahisə edənləri ayrımaq üçün müdaxilə etmişdir. Adları qeyd edilən vətəndaşlar yüksək səslə söyüş söyərək gömrük qanunvericiliyinin tələblərinə riayət etməkdən kobud şəkildə imtina etmişlər. Bununla yanaşı Şəxs ölkə ərazisinə keçirilməsi üçün xüsusi icazə tələb olunan malı (dronu) gömrük baxışına təqdim etmədən keçirmək istəyərkən saxlanılmışdır. İnsident zamanı mübahisə edən Şəxs ayırmaq istəyərkən üst geyiminin cibindən kəsici və deşici alət çıxararaq hədə-qorxu gəlmiş və sonrasında özünə xəsarət yetirməyə başlamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.3-cü maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq- ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.3-cü maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.3-cü maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 24 noyabr 2023-cü il tarixdən, yəni, Şəxs tutulduğu andan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xx.xx.1988-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4 (dörd) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 24 noyabr 2023-cü il tarixdən, yəni Şəxs inzibati qaydada tutulduğu andan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X9 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2988/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2988/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver