Məhkəmə qərarları › İş №3(003)-299/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-299/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-299/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli qərardan “X8” MMC-nin direktoru Bülent Yerlikayalar tərəfindən verilən şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ “X8” MMC-nin direktoru Bülent Yerlikayalar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X6 tərəfindən qəbul edilmiş MN ******* saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə MMC Azərbaycan Respublikası İXM-nın 192.4-cü maddəsi ilə təqsirli bilinib, 1000 manat məbləğində cərimə olnmuşdur. Hesab edir ki, qeyd olunan qərar əsasızdır. Belə ki, mübahisənin faktiki halları ondan ibarətdir ki, Nümayəndə2 xx.xx.2019-cu il tarixdə “X8” MMC-də usta vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddətdə aylıq əmək haqqı məbləği 450 manat təşkil etmişdir. Qeyd olunan əmək haqqı Nümayəndə2 hesablanıb (vergilər daxil) və ödənilib. xx xxxxxx 2019-cu il tarixdə Nümayəndə2 şirkətlə əlaqə saxlayaraq onun öz xahişi ilə həmin tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Lakin, qeyd olunan zaman şirkətə gələ bilmədiyindən işdən azad olunması barədə ərizəsini daha sonra təqdim edəcəyini bildirmişdir. Bunun əsasında şirkətin xx.xx.2020-cu il tarixli 35 saylı əmri ilə Nümayəndə2 “X8” MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra Nümayəndə2lə dəfələrlə əlaqə saxlanılaraq işdən azad olunması barədə ərizəsini təqdim etməsi tələb edilsə də, o, müxtəlif bəhanələrlə ərizəni təqdim etməkdən boyun qaçırmışdır. Buna baxmayaraq, Nümayəndə2 işdən azad edildikdən sonra onunla son-haqq hesab 266 manat hesablanıb və ödənilib. Eyni zamanda Nümayəndə2 müvafiq sənədlərinin alınması üçün şirkətə müraciət etməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X6 tərəfindən MN ******* saylı xx xxxx 2020-ci il tarixli qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuşdur. Belə ki, işəgötürən son haqq-hesabı sonuncu iş günü işçiyə verməlidir. Hazırkı mübahisə üzrə isə işçinin xx xxxxxx 2020-ci il tarixdə işdən azad olunması nəzərə alındıqda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X6 tərəfindən MN 0343464saylı xx xxxx 2020-ci il tarixli qərar qəbul olunan zaman Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, hazırkı mübahisə üzrə inzibati xəta xx xxxxxx 2020-ci il tarixdə törədilmiş, inzibati tənbehin tətbiq edilməsi üçün müddətin sonu xx xxxxx 2020-ci il müəyyən olunduğu halda, inzibati tənbeh xx.xx.2020-ci il tarixdə tətbiq edilmişdir. Yəni, tənbehin tətbiq edilməsi üçün müəyyən edilmiş müddətdən 03 ay 02 gün sonra protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsi isə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etməni nəzərdə tutur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X6 Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinin tələblərinə uyğun olaraq “X8” MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən təqsirli hesab edib, inzibati qaydada cərimə etməklə səhv nəticəyə gəlmişdir. Belə olan halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X1 MN 0343464saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, başlanılmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Bu səbəbdən şikayətinin təmin edilməsi xahiş edilmişdir. “X8” MMC-nin direktoru Bülent Yerlikayalar xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər ötürüldüyündən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli qərarın əsaslı olduğunu bildirmiş, bu səbəbdən də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə2 xx xxxx 2019cu il tarixdə “X8” MMC-də usta kimi işə götürülmüşdür. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx xxxxxx 2020-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən Nümayəndə2 ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin rəisi X4 xx xxxx 2020-ci il tarixli ******* saylı qərarından görünür ki, “X8” MMCnin direktoru Bulent Yerlıkayalar Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, “X8” MMC-nin direktoru Bülent Yerlikayalar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarından görünür ki, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında material yenidən baxılması üçün birinci instansiya məhkməsinə qaytarılmıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 35.4-cü maddəsinə əsasən “Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən “Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.” Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddi-hüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüququn müxtəlif sahələrinin hüquqi tənzimlənməsi Konstitusiyada demokratik, hüquqi dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplərə əsaslanmalıdır. Konstitusiya prinsipləri isə öz aralarında ayrılmaz əlaqədədir və hüquq subyektlərinin öz qanuni mənafelərini həyata keçirməsi, qoruması və müdafiəsi üçün eyni əhəmiyyət kəsb edən hüquqi başlanğıcların vahid məcmusunu formalaşdırırlar. Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nümayəndə2 xx.xx.2019-cu il tarixdən “X8” MMC-də usta vəzifəsində işləmişdir. İşlədiyi müddətdə aylıq əmək haqqı məbləği 450 manat təşkil etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Nümayəndə2 şirkətlə əlaqə saxlayaraq həmin tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Lakin, qeyd olunan zaman şirkətə gələ bilmədiyindən işdən azad olunması barədə ərizəsini daha sonra təqdim edəcəyini bildirmişdir. Bunun əsasında şirkətin xx.xx.2020-cu il tarixli 35 saylı əmri ilə Nümayəndə2 “X8” MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin Nümayəndə2 tərəfindən işdən azad olunması barədə ərizə təqdim edilməmişdir. Nümayəndə2 işdən azad edildikdən sonra ona son haqq hesab olaraq 266 manat ödəniş edilmişdir. Eyni zamanda Nümayəndə2 müvafiq sənədlərinin alınması üçün şirkətə müraciət etməsi barədə məlumat verilmişdir. Daha sonra “X8” MMC-nin direktoru Bülent Yerlikayalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Bakı şəhər İdarəsinin MN ******* saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək qanunvericiliyinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Lakin göründüyü kimi hazırki iş üzrə işçi əmək müqaviləsinin ləğvi ilə bağlı yazılı ərizə ilə deyil şifahi şəkildə işəgötürənə müraciət etmişdir. İşəgötürən tərəfindən həmin şifahi müraciət əsasında xx.xx.2020-ci il tarixdə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə işəgötürən tərəfindən əmək qanunvericliyinin tələbləri pozulmuşdur. Qanunvericilik qeyd edilən pozuntu ilə əlaqədar işəgötürənin 3 ay müddətində inzibati məsluliyyətə cəlb edilməsini nəzərdə tutmuşdur. Hazırki iş üzrə işçinin müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi qeyd edilən pozuntu ilə əlaqədar işəgötürənin qanunvericiliklə nəzərədə tutulmuş inzibati məsuliyyətə cəlb edilmə müddəti keçdiyindən onun barəsində müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 tərəfindən inzibati protokol tərtib edilməmişdir. Bu hal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 məhkəmə qərarından verdiyi apellyasiya şikayətində (səh.47) öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, əmək qanunvericliyinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin göründüyü kimi işəgötürən tərəfindən işçi xx xxxxxx 2020-ci il tarixdə işdən azad edilsə də, son haqq-hesab həmin tarixdə yox,xx xxxx 2020-ci il tarixdə işçinin hesabına köçürülmüşdür. Beləliklə işəgötürən son haqq-hesabı işçini işdən azad etdiyi gün deyil həmin gündən 5 ay 10 gün sonra ödəmiş və bununla da əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Qeyd edilən inzibati xəta ilə bağlı “X8” MMC-nin direktoru Bülent Yerlikayalar barədə xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Lakin məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar xx xxxx 2020-ci il tarixdə qəbul edilmişdir. Həmin qərardan “X8” MMC-nin direktoru Bülent Yerlikayalar tərəfindən şikayət verilmiş, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə “X8” MMC-nin direktoru Bülent Yerlikayalar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şiakyəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında material yenidən baxılması üçün birinci instansiya məhkməsinə qaytarılmışdır. Göründüyü kimi yuxarıda göstərilən hər iki hal üzrə “X8” MMC-nin direktoru Bülent Yerlikayaların tərəfindən inzibati xəta törədilmişdir.Lakin qanunvericiliyin tələbinə görə hazırki iş üzrə inzibati tənbeh vermə müddəti keçmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “X8” MMC-nin direktoru Bülent Yerlikayaların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. “X8” MMC-nin direktoru Bülent Yerlikayaların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar