Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs 31 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 28 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Xəzər RPİ-nin 2-ci PŞ-nin ******* nömrəli 14 avqust 2018-ci il tarixli, Səbail RPİ-nin 3-cü PŞ-nin ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi cəhətdən imkanı olmadığına görə cərimələri ödəyə bilməmişdir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin rəisi M.Hüseynov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 14 avqust 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 3-cü PŞ-nin sahə rəisi T.Sadıxov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 17 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xəzər Rayon Məhkəməsinə məcburi gətirilməsi qərara alınmış və icrası Xəzər RPİ-nə tapşırılmışdır. İş materiallarındakı Xəzər RPİ-nin 3-cü PŞ-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2021ci il tarixli məktublarından görünür ki, Şəxs yaşadığı ünvanda müəyyən etmək mümkün olmamışdır. İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərarı ilə inzibati iş üzrə icraat Şəxs olduğu yer müəyyən edilmədiyinə görə dayandırılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1720/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-3/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarındakı sənədlərdən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona tətbiq edilmiş cərimələrdən məlumatı olmuşdur və onları ödəməkdən qəsdən boyun qaçırır. Onun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Eyni zamanda o, məhkəmənin çağırışlarına üzrlü səbəb olmadan gəlməmiş, məhkəmədən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə ictimai işlər növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər təyin olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-3/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver