Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxx 1993-cü ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 12 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin MN seriyalı ******* nömrəli, 03 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, maddi cəhətdən imkanı olmadığına görə 100 manat cəriməni ödəyə bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin MN seriyalı ******* nömrəli, 03 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının icrasından qərəzli boyun qaçırmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi Güloğlan Əhmədov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 03 sentyabr 2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqnda iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi və İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib edildiyi 12 avqust 2021-ci il tarixdən 3 aydan çox müddət keçmişdir. Ona görə də, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gündən 3 (üç) aydan çox müddət keçdiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-3/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver