Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatına Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə materialda qeyd edilmişdir ki, Şəxs MMC-nin direktoru, hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X3 ünvan 1 ünvanında yerləşən xüsusi geyim formalarının istehsalı ilə məşğul olduğu obyektdə 2023-cü ilin oktyabr ayından xx.xx.2024-cü il tarixinədək işəgötürən olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Şahid1 hüquqi şəxsin xeyrinə anbardar kimi işə qəbul edərək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında materialı tərtib edən orqan Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə və Şəxs MMC-nə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında materialı tərtib edən orqanın nümayəndəsinin eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquq şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Şahid1 əmək və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Respublikası Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru X3 ilə Şahid1 arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli, 10102023/1 saylı xidmət müqviləsinin surətindən görünür ki, Şahid1 10 oktyabr 2023-cü il tarixdən etibarən MMC üçün anbar üzrə müxtəlif növ malların daşınması və çatdırılması xidməti göstərəcəkdir. İş materiallarına əlavə edilmiş Şahid1 Şəxs MMC-nin direktoru X2 ünvanladığı 10 yanvar 2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, Şəxs MMC-də anbardar vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2024-cü il tarixli, 1001/24k-02 saylı əmrin surətindən görünür ki, Şahid1 Şəxs MMC-də anbardar vəzifəsinə işə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru X3 ilə Şahid1 arasında bağlanmış 10 yanvar 2024-cü il tarixli əmək müqviləsinin surətindən görünür ki, Şahid1 Şəxs MMC-də anbardar vəzifəsinə işə götürülmüşdür, müqavilə 3 ay müddətinə (xx.xx.2024xx.xx.2024) bağlanmışdır, Şahid1 işə başlama tarixi 10 yanvar 2024-cü il tarixi hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Şahid1 səlahiyyətli orqana ünvanladığı 06 avqust 2024cü il tarixli ərizənin surətindən görünür ki, o, 10 oktyabr 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək Şəxs MMC-də 10102023/1 saylı müqavilə əsasında xidmət göstərmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 3(003)-1655/2024 saylı qərarı ilə Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə X1 3.1.2-ci maddəsi ilə xitam verilmiş və həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2639/2024 saylı 04 dekabr 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 3(003)- 1655/2024 saylı qərarı apellyasiya protestinə münasibətdə ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İlk olaraq məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən Şahid1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də satış meneceri vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində Şəxs MMCdə hər hansı hüquq pozuntusuna yol verməmişdir. Şəxs MMC xüsusi geyim formalarının istehsalı ilə məşğul olmuşdur. Həmin MMC-də ondan başqa digər işçilər də işləmiş və onlarla normal münasibətlər olmuşdur. Lakin Məharət adlı işçi ilə mütəmadi olaraq müxtəlif problemlər yaşamışdır. Məharət işçi kimi öz əmək funksiyalarını normal qaydada həyata keçirməmişdir. Bununla bağlı dəfələrlə rəhbərliyə, yəni işəgötürən şəxs məlumat versə də lakin hər hansı tədbir görülməmişdir. Məharət fəhlə kimi işə götürülməyinə baxmayaraq öz səlahiyyətlərini icra etmirdi. Rəhbərlik də bununla bağlı hər hansı bir tədbir görməmişdir. Məharət adlı şəxs 2023-cü ilin sentyabr ayından etibarən MMCdə işləməyə başlamış və hazırda MMC-də qeyri-rəsmi olaraq yenə də fəhlə kimi işləyir. İşlədiyi müddət ərzində Məharət onu təhqir etmiş, aralarında münaqişə yaranmışdır. Bununla əlaqədar olaraq o, xx.xx.2023-cü il tarixdə rəsmi olaraq ərizəsi əsasında işdən çıxmışdır. Son haqq-hesab ödənilmədiyinə görə Əmək Müfəttişliyinə müraciət etmişdir. Müraciəti əsasında Şəxs MMC cərimə olunmuşdur. Lakin Məharətin hazırda qeyri-rəsmi işləməsi barədə hər hansı bir tədbir görülüb-görülməməsindən xəbəri yoxdur. Həmçinin, Şəxs MMC-nin direktoru X3 ilə Şahid1 arasında bağlanmış 10 yanvar 2024cü il tarixli əmək müqviləsinin surətindən görünür ki, Şahid1 Şəxs MMC-də anbardar vəzifəsinə işə götürülmüşdür, müqavilə 3 ay müddətinə (xx.xx.2024- xx.xx.2024) bağlanmışdır, Şahid1 işə başlama tarixi 10 yanvar 2024-cü il tarixi hesab edilmişdir. Şahid1 səlahiyyətli orqana ünvanladığı 06 avqust 2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, 10 oktyabr 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək Şəxs MMC-də 10102023/1 saylı müqavilə əsasında xidmət göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, X3 Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində verdiyi izahatda Şahid1 2023-cü ilin oktyabr ayında anbardar kimi işə düzəlmək üçün ona müraciət etmiş və onu 2 aylıq sınaq müddəti ilə işə qəbul etmiş, sınaq müddətini müvəffəqiyyətlə başa vurduğu təqdirdə onu işə qəbul edə biləcəyini bildirmiş və bunu təkrar izahatında təsdiqləmişdir. Lakin, araşdırma müddətində X3 10 yanvar 2024-cü il tarixindən əvvəlki tarixə aid müddətə xidmət müqaviləsi və ya başqa hər hansı müqavilə təqdim etməmişdir. Eyni zamanda Bakı Apelyyasiya Məhkəməsinin X3 tərəfindən Şahid1 ilə bağlandığı bildirilən və məhkəməyə təqdim edilən həmin sənədlərin mötəbərliyi, qeydiyyata alınması, həmin dövr ərzində xidmət müqaviləsi üzrə ödənişlər, vergi hesabatları, "Modamer” Məhdud Məsuliyyətli Cəmiyyətinin çatdırılma, kuryer xidmətindən faktiki olaraq istifadə edibetmədiyi, eləcə də Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbləri yoxlanılmamış, heç bir araşdırma aparılmadan inzibati xəta tərkibinin olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qeyd edilsədə, halhazır ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən qərarda göstərilən xüsusatlara dair heç bir sübut təqdim edilməmiş və vergi hesabatlarına dair sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər və şahid izahatları ilə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-3/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver