Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-30/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, Xəzər rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsinin 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Xəzər rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-də direktor vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin İTŞ-nin baş inspektoru, polis mayoru Nümayəndə Bakı şəhəri Xəzər RPİ-nin Cinayət axtarış şöbəsinin materiallarını əsas gətirərək , eləcə də heç bir fakta və sübuta əsaslanmadan Azərbaycan Respublikası İXM-nin 211.1-ci madddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, xx.xx.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Şikayətçi qeyd edir ki, Bakı şəhəri Xəzər RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları "xxxx" MMC-də yoxlama aparmış və ondan işçilərin əmək müqavilələrinin və COVİD-19 xəstəliyinə qarşı vaksin sertifikatlarının olub olmaması barədə soruşmuşlar. Şikayətçi onlara əmək müqavilələrini və işçilərin vaksin sertifikatlarını təqdim etmişdir. "xxxx" MMC-də yalnız bir nəfər işçinin vaksin sertifikatı olmamışdır. Həmin işçi X11 vaksini olamadığı üçün işə buraxılmırdı və yoxlama keçirilən zaman da orda olmamışdır. Şikayətçi hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli, inzibati icraat üzrə işə xitam verilməlidir. Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərarı Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarında qeyd edilmişdir: “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:. 2.3-cü bənddə “(COVİD-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVİD-19-a qarşı immunitet sertifikatı (COVİD-19-dan sağalaraq immunitetə malik olan)” sözləri “(COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı)” sözləri ilə əvəz edilsin, 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin: “2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasportu tələb olunan iş xidmət sahələri işçilərinin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması tələb olunur.”; 2.5-1.1-ci və 2.5-2ci bəndlərə “daimi yaşayan” sözlərindən sonra “digər ölkə vətəndaşlarına, habelə” sözləri əlavə edilsin; Şikayətçi yuxarıda qeyd edilənləri polislərin nəzərəinə çatdırmış, habelə onlara bildirmişdir ki, işçi sayı 7 nəfər olduğunu nəzərə alsaq 85% işçi heyətinin peyvənd sertifikatı vardır. Şikayətçi qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 211.1 -ci maddəsində Epidemiya əleyhinə rejimin, mitariya-gigiyena və karantin rejimlərinin tələblərinin pozulması nəzərdə tutulmuşdur.Buradan aydın olur ki, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. O, Cinayət Axtarış Şöbəsinin əməkdaşlarına izah etdiyi qərarı Xəzər RPİ-nin İTŞ-nin baş inspektoru, polis mayoru Nümayəndə izah etmişdir. Lakin Xəzər RPİ-nin İTŞnin baş inspektoru, polis mayoru Nümayəndə onun dediklərinə heç bir əhəmiyyət verməyərək əsassız və qanunsuz olaraq şikayətçi barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd edilənlərə əsasən şikayətçi şikayətinin təmin edilərək, Xəzər rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş 10 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 şikayəti müdafiə edərək Xəzər rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati orqan Xəzər rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsi məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Xəzər rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışının surətindən görünür ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatından kemiş və onun qanuni təsisçisi kimi X9 göstərilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən təqdim edilmiş işçilərin siyahısından görünür ki, "xxxx" MMC-nin balansında yeddi nəfər işçi mövcüddur. İş materiallarına əlavə olunmuş Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X3 "xxxx" MMC-də fəhlə vəzifəsində işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddi-hüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsinin baş inspektoru Nümayəndə 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə səbəb X7 direktoru oduğu xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "xxxx" MMC-də epidemiya əleyhinə rejim sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulması və həmin MMC-nin iki əməkdaşı X11 və X2 COVİD-19-a qarşı peyvənd sertifikatının olmaması faktları aşkar edilməsi olmuşdur. Məhkəmə iclasında E.Hüseynov direktoru olduğu MMC-də çalışan işçilər tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində qeyd edilən epidemiya əleyhinə rejim sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulması faktının baş vermədiyini qeyd etmişdir. Həmçinin şikayətçi onun direktoru olduğu MMC-də işləyən iki əməkdaşın COVİD-19-a qarşı peyvənd sertifikatının olmaması faktını qəbul etməyərək, həmin işçilərdən biri X2 həmin ünvanda fəaliyyət göstərən "xxxx" MMC-nin işçisi olmasını, digər işçi X8 isə həmin gün işdə olmadığını qeyd etmişir. Məhkəmə ilk olaraq "xxxx" MMC-də epidemiya əleyhinə rejim sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulması faktına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin hazırki iş üzrə iş materiallarından müəyyən edilmişdir ki, "xxxx" MMC-də epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar edildikdən sonra həmin pozuntunu törətmiş şəxslərin müvafiq izahatları alınmamışdır. Bu faktla bağlı yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (şikayətçinin) izahatı alınmışdır. Lakin həmi izahat MMC-də yoxlama aparıldıqdan dörd gün sonra yəni 26 oktyabr 2021-ci il tarixdə alınmışdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, "xxxx" MMC-də epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulması ilə bağlı inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan digər xətaya münasibətdə qeyd edir ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021ci il tarixli 151 nömrəli Qərarında dəyişikliklər edilərək, 2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasportu tələb olunan iş xidmət sahələri işçilərinin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması tələb olunmuşdur. İş materiallarını araşdıraraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-də rəsmi olaraq yeddi nəfər işçi işləyir və həmin şəxslərdən altı nəfəri COVİD-19-a qarşı peyvənd sertifikatına sahibdirlər. Bu isə MMC-də çalışan işçilərin 80 faizindən artıq olması anlamına gəlir. Həmçinin məhkəmə iclasında inzibati materialda COVİD-19-a qarşı peyvənd sertifikatına malik olmayan şəxslərdən biri X2 həmin ünvanda fəaliyyət göstərən "xxxx" MMCnin işçisi olduğu müəyyən edilmişdir. Digər işçi X8 isə 01 noyabr 2021-ci il tarixdə COVİD-19 vaksinasiyası üzrə birinci doza peyvənd olunduğu, ikinci doza peyvəndini isə 29 noyabr 2021-ci il tarixdə alacağı, habelə onunla olan əmək müqaviləsinə 26 noyabr 2021-ci il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi hazırki iş üzrə şikayətçi X9 "xxxx" MMC-nin qanuni təsisçisi və direktorudur. Lakin onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə qərara əsasən M.Hüseynov 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən şikayətçi X9 barəsində fiziki şəxs kimi inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin qeyd edilməlidir ki, inzibati orqan tərəfindən M.Hüseynovun inzibati xəta törətməsi faktı şəxsin özünün iştirakı olmadan müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X7 şikayəti təmin edilməli və Xəzər rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsinin 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. Xəzər rayon Polis İdarəsi İstintaq və Təhqiqat Şöbəsinin 12 noyabr 2021-ci il tarixli, MN ******* saylı tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-30/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-30/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver