Məhkəmə qərarları › İş №3(003)-3008/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-3008/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-3008/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 15879325 saylı, xx.xx.2023-cü il tarixli, EQ 15935564 saylı, xx.xx.2023-cü il tarixli, EQ 16425181 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17430949 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17430879 saylı və xx.xx.2023-cü il tarixli, EQ 18074318 saylı inzibati tənbeh vermə barədə qərarlarından X4 və X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM X4 və X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, EQ 15879325 saylı, xx.xx.2023-cü il tarixli, EQ 15935564 saylı, xx.xx.2023-cü il tarixli, EQ 16425181 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17430949 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17430879 saylı və xx.xx.2023-cü il tarixli, EQ 18074318 saylı inzibati tənbeh vermə barədə qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onu tamamlamaq mümkün olmayacağından şikayət geri qaytarılmalıdır. Belə ki, X4 və X3 şikayət ərizəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlar ilə razılaşmadıqlarını qeyd etmiş, lakin həmin qərarların surətlərini şikayət ərizəsinə əlavə etməmişdirlər. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest vermək hüququnu müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçi inzibati tənbeh vermə haqqında qərardan şikayət ilə məhkəməyə müraciət etsə də, qərarın surətini şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Bundan əlavə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında müxtəlif qərarlardan (hazırkı iş üzrə 6 qərardan) bir şikayət ərizəsində əks olunmaqla şikayət vermək imkanı nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X4 və X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 15879325 saylı, xx.xx.2023-cü il tarixli, EQ 15935564 saylı, xx.xx.2023-cü il tarixli, EQ 16425181 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17430949 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17430879 saylı və xx.xx.2023-cü il tarixli, EQ 18074318 saylı inzibati tənbeh vermə barədə qərarlarının ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılmalı və X4 və X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) qəbul etdiyi qərarlardan ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 15879325 saylı, xx.xx.2023-cü il tarixli, EQ 15935564 saylı, xx.xx.2023-cü il tarixli, EQ 16425181 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17430949 saylı, xx.xx.2023-cü il tarixli, EQ 17430879 saylı və xx.xx.2023-cü il tarixli, EQ 18074318 saylı inzibati tənbeh vermə barədə qərarlarının ləğv edilməsinə dair X4 və X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılsın. X4 və X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar