Məhkəmə qərarları › İş №3(003)-3009/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3009/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3009/2023 29.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17304703 saylı inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli EQ/17304703 saylı protokol və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ** OX *** KİA SPORTAGE MİNİK markalı avtomobil onun mülkiyyətindədir. Mobil telefonuna quraşdırdığı “sms.radar” mobil tətbiqə xx.xx.2025-cü il tarixdə gəlmiş bildirişdən ona bəlli olmuşdur ki, həmin gün 02:00:20 radələrində EQ/17304703 saylı protokol ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinin tələbinə əsasən 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin maddənin tələbinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə nəzərdə tutulur. İşin həqiqi halı ondan ibarətdir ki, həmin gün ona məxsus avtomobili o da maşında olmaqla sürücülük hüququ olan həyat yoldaşı X4 idarə etmişdir. Yəni avtomobil sürücülük hüququ olan şəxs tərəfindən idarə olunmuşdur. Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində elektron qərarla rəsmləşdirilə bilən qayda pozuntuları sırasında İnzibati Xətalar Məcəlləsinin 332.2-ci, 332.-ci maddəsi, ümumiyyətlə 332-ci maddəsi yoxdur. Deməli, bu maddələr üzrə heç bir halda avtomobil idarə edən şəxslə bilavasitə təmas olmadan, onunla görüşmədən cərimə yazıla bilməz. Belə olan halda kameralar avtomobilin kim tərəfindən idarəsi olunmasını, onun sürücülük hüququ olub-olmamasını necə müəyyən edə bilmişir? Onu da qeyd etmişdir ki, hətta yol hərəkəti təhlükəsizliyinə nəzarət kamerasıdan tam aydın görünsə ki, sürən şəxs hüququ olmayan və ya məhdudlaşdırılmış şəxsdir, yenə də protokolun və ya qərarın yazılması onun iştirakı ilə olmalıdır. Belə bir ünsiyyət olmadan, avtomobili kimin idarə etdiyi dəqiqləşdirmədən İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi ilə cərimə olunmağı tam qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, EQ/17304703 saylı protokol və onun əsasında qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verərək onun təmin edilməsini xahiş etdi. İzahatında həmçinin bildirdi ki, bəyannaməni tərtib edən şəxs səhv tərtib etmişdir. Belə ki, o, satmaq üçün göndərdiyini deməmişdir. Həmçinin 100 manat da rüsumu ödəmişdir. O, inzibati xəta törətməmiş, tələb olunan bütün prosedurlardan keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi və şikayətçi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, şikayətçinin və inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17304703 saylı inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17304703 saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, S.Axundov küçəsi, S.Məmmədova küçəsinin kəsişməsində, S.Məmmədova küçəsi istiqamətində xx.xx.2023-cü il tarixdə saat 02:00:20-də “Kia Sportage” minik markalı, ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vastiəsinin istifadəçisi X2 tərəfindən mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqavilə bağlanmamış, nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X2 şikayətində EQ/17304703 saylı inzibati xəta haqqında qərarı ilə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdilməsinə görə cərimə olunduğunu qeyd etsə də, işin araşdırılmış hallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17304703 saylı inzibati xəta haqqında qərarı ilə X2, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə vəzifəli şəxs kimi barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmış, lakin X1 vəzifəli şəxs olmasına dair həmin qərarda hər hansı bir qeyd aparılmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, şikayətçi tərəfindən idarə olunan avtomobilin ləğv edilməsi xahiş olunan qərarın qəbul olunduğu tarixə, yəni xx.xx.2023-cü il tarixə icbari sığortası olması barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Baş X6 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, EQ/17304703 saylı inzibati xəta haqqında qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Ona görə də həmin qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. Baş X6 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, EQ/17304703 saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar