Məhkəmə qərarları › İş №3(003)-301/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-301/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-301/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxx 2002-ci ildə Bərdə rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 17 yanvar 2023-cü il tarixli protokola əsasən Şəxs 17 yanvar 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində PPXB-nün əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, Xəzər rayonu, Binə qəsəbəsində ağac satışı ilə məşğul olur. Hadisədən 2-3 gün əvvəl PPXB-nün əməkdaşları gələrək küçə ticarətini yığışdırmağı tapşırmışlar. Səhərisi günü yığışdırsalar da, 1-2 metr ərazidə ağır və böyük ağaclar qalmışdı ki, onu götürə bilməmişdir. 17 yanvar 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində olarkən PPXB-nün əməkdaşları gələrək həmin ağacları götürməsini bildirmişlər, o isə həmin ağacları götürməsi üçün texnika lazım olduğunu, lakin bunun üçün vaxtı olmadığını demişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır və onun inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, onun barəsində həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar