Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-301/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, M.Seçenov adına birinci X4 Unversitetinin (Seçenov Unversistetinin) Bakı fililalında gözətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 13:25 radələrində istifadəsində olan “Nissan” markalı, 90RX439 dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətində hərətəkdə olarkən yolu bir nəfərin keçdiyini görmüş, hadisənin qarşısını almaq istəyərkən yolun sağında “Mercedes” markalı avtomobilin dayandığını görmüş, tormoz sistemindən istifadə edib avtomobili dayandırmağa çalışsa da, hadisənin qarşısını ala bilməmişdir. Hazırda özünü təqsirli bilir. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, “Mercedes” markalı, **-EB-*** dəvlət qeydiyyat nişanlı avtomobil ilə Mərdəkan istiqamətində yolun sağında saxlayan zaman, Şəxs idarə etdiyi “Nissan” markalı, 90RX439 dövlət qeydiyyat nişanlı avtomobilini onun avtomobilinin arxasından vurmuşdur. Hadisə nəticəsində xəsarət almışdırlar. Sonradan Şəxs ona dəymiş zərəri qarşılamışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu izahat verərək, Şəxs ona dəymiş zərəri ödədiyini, ona qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Nissan” markalı, 90RX439 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirlərin görülməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, Şəxs idarə etdiyi “Nissan” markalı, 90RX439 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes" markalı 50EB601 dövlət qeydiyyat nişanlı avtomobilinin arxa tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir və hadisə zamanı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 oğly YÜNGÜL dərəcəli bədən xəsarətləri almışdırlar. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 73 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 75 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Ağaverdi oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 74 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 79 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyyənin kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs idarə etdiyi “Nissan” markalı, 90RX439 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə, saat 13:25 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan Şəxs istifadəsində olan “Nissan” markalı, 90RX439 dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağında dayanan Zərərçəkmiş şəxs2 istifadəsində olan “Mercedes” markalı, **-EB- *** dəvlət qeydiyyat nişanlı avtomobilinin arxahissəsindən vurmuş, nəticədə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 Ağaverdi oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 YÜNGÜL dərəcəli bədən xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Törətdiyi əmələ görə səmimi peşmançılığını məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-301/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-301/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver