Məhkəmə qərarları › İş №3(003)-302/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-302/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-302/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə X3 Xəzər Rayon İcra Hakimiyyətinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyətinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi X6 tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X1 qəsəbəsində A.Xələfov küçəsi dalan 4 ev 4A ünvanında olan mövcud tikililərə müvafiq icra hakimiyyətindən icazə almadan əlavə və dəyişikliklər etmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xəzər RPİnin 2-ci PŞ-nin rəisi Natiq Teymurov tərəfindən qəbul edilmiş MN ******* nömrəli (tarix qeyd olunmayıb) inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən X3 barəsində tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının İ müavini X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Həmin qərardan görünür ki, «vətəndaş X1 qəsəbəsində A.Xələfov küçəsi dalan 4 ev 4A ünvanında olan mövcud tikiliyə müvafiq icazə olmadan əlavə və dəyişiklik etmişdir». Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının İ müavini X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola baxılmasının yeri və vaxtı barədə mənə ona rəsmi məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən ona məlumat verilməli idi. Lakin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Bundan başqa, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərar rəsmi qaydada ona təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən tələbin könüllü icrası haqqında bildirişi və icraata başlamaq haqqında qərarı əldə etdikdən sonra inzibati cərimə olunmağından məlumatlı olmuşdur. xx.xx.2025-ci il tarixdə nümayəndəsi ərizə ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə müraciət edərək, icra işinin materialları ilə tanış olmuş, həmin tarixdə inzibati tənbeh vermə haqqında qərarın və digər sənədlərin surətlərini əldə etmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti inzibati xəta haqqında işə baxarkən onun əməlində inzibati xətanın tərkibinin, tikiliyə mülkiyyət hüququnun olub-olmamasını araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsinin dispozisiyasında tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0709 ha torpaq sahəsi mərhum anası X2 xüsusi mülkiyyətində olmuşdur. Anası xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. O, anasından qalmış miras əmlaka dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 31 saylı notariat ofisinə müraciət etmişdir. Ondan başqa, anasının qanun üzrə birinci növbə vərəsəsi bacısı X4r. Lakin o, anasından qalmış miras əmlakdan ona çatası payı qəbul etməmiş, bu barədə xx.xx.2018-ci il tarixdə notariat ofisinə ərizə ünvanlamışdır. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0709 ha torpaq sahəsi qanuni əsaslarla onun faktiki sahibliyində və istifadəsindədir. O, istifadəsində və sahibliyində olan torpaq sahəsindəki tikilidə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.2. maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hər hansı tikinti işləri aparmamışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş fotoşəkillər həqiqəti əks etdirmir. Belə ki, sahibliyində və istifadəsində olan hasar fotoşəkillərdə olduğu kimi deyildir. Beləliklə, işə baxan inzibati orqan yuxarıda göstərilən hüquq normalarının tələblərini pozmuş, əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığı halda, onu inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən X3 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qərar qəbul edilərkən Ceyhun orada olmamışdır. Ceyhun Haşımov tərəfindən İXM-nin 395-ci maddəsində qeyd olunan inzibati xəta törədilməmişdir. Ceyhun Haşımov tərəfindən həmin ərazidə yenidənqurma işləri aparılmamışdır. Sadəcə olaraq dam örtüyü dəyişdirilmişdir. Ceyhun Haşımov tərəfindən hazırkı inzibati xətanın törədilməsi aşkar edilibsə əgər, bu barədə FHN-ə məlumat verilməli idi. xx.xx.2024-cü il tarixli məktubda sadəcə olaraq dam örtüyünün dəyişdirilməsi qeyd edilmişdir. Bundan sonra isə şəxs barəsində cərimə tətbiq edilmişdir. İcazə alınması tələb edilən tikililər arasında Ceyhun Haşımova aid olan tikili yoxdur. Bu səbəblərdən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən Fərid Əliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və digər dövlət qurumlarına ünvanlanmış məktublarına baxılmışdır. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilmişdir. Baxış zamanı vətəndaş C.H.Həşimov tərəfindən yaşadığı Buzovna qəsəbəsi Aydın Xələfov küçəsində yerləşən fərdi yaşayış evinin dam örtüyünün qəzalı vəziyyətdə olduğundan dam örtüyündə təmir bərpa işlərinin aparıldığı müəyyən edilmişdir. Vətəndaş C.H.Həşimovun uzun illərdir ki, yaşadığı fərdi yaşayış evinin ölçülərini dəyişdirilmədən dam örtüyündə təmir-bərpa işlərinin aparıldığı və həmin ünvanda yeni tikinti işlərinin aparılması müşahidə edilməmişdir. Nümaəndəlikdən verilən məlumatda dam örtüyündə apardığı təmir bərpa işləri zamanı inşa etdiyi hasarın sökülməsi vətəndaş C.H.Həşimova tövsiyə olunduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-nin 395.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsi, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1–343-1.9, 343-1.11, 349, 351, 351-1, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərarda sübutlara istinad edilməmiş, X5 Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. X8 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar da heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X3 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Xəzər Rayon İcra Hakimiyyətinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xəzər Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Xəzər Rayon İcra Hakimiyyətinin MN seriyalı ******* saylı xx.xx.2024cü il tarixli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xəzər Rayon İcra Hakimiyyətinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar