Məhkəmə qərarları › İş №3(003)-3029/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3029/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3029/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X12 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 30 noyabr 2023cü il tarixli, MN ******* saylı, 30 noyabr 2023-cü il tarixli, MN ******* saylı, 30 noyabr 2023cü il tarixli, MN ******* saylı, 30 noyabr 2023-cü il tarixli, MN ******* saylı, 30 noyabr 2023cü il tarixli, MN ******* saylı protokollar tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X12 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, bildirmişdir ki, xx.xx.2023cü il tarixdə vətəndaş X10, bir nəfər şəxsin onun işlədiyi obyektə gələrək mobil telefonunu oğurlamasını, eləcədə həmin şəxsin bir necə gün əvvəl obyektdən 400 manat pulunu oğurlamasını bildirmişdir. Məlumat öyrənilərkən ünvan 2 ünvanında yaşayan X10 3-cü PŞnə şifahi ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə tanımadığı şəxs işlədiyi təndirxanadan ona məxsus Samsung A 14 markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan telefonu oğurlamışdır. İzahatı alınmış X10 ərizəsində qeyd olunanları izahatında təsdiq etmiş və hadisə nəticəsində ona 300 manat maddi ziyan dəydiyini bildirmişdir. Aparılan araşdırma zamanı Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının kecirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən xx.xx.1978-ci il təvəllüdlü Şəxs saxlanılmış və o, törətdiyi oğurluq hadisəsini etiraf edərək bildirmişdir ki, 20 ilə yaxındır ki, narkotik maddələrdən istifadə edir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə narkotik maddə almağa pulu olmadığı ücün Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən Xəzər marketin arxa tərəfindəki təndirxanaya gəlmişdir. Həmin yerdə yemək bişirən qadının mobil telefonunun elektrik enerjisinə qoşulu olduğunu görüb mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Qadının işə başını qarışdığını görüb obyektə daxil olub oturacağın üzərində olan mobil telefonu elektrik cərəyanından ayırıb oğurlayaraq cibinə qoyub getmişdir. Daha sonradan isə həmin mobil telefonu Binə qəsəbəsində tanımadığı şəxsə 60 manata satdığını, başqa ünvanlardanda müxtəlif əşyalar oğurladığını, lakin həmin obyektdən 400 manat pul oğurlamadığını bildirərək izahatını tamamlamışdır. Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadənin 30 noyabr 2023-cü il tarixli qərarı ilə X3 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə vət.X1 RPİ 3- cü PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu "Sultan" inşaatın yaxınlığında yerləşən "Oba" marketdən 3 nəfər tanımadığı şəxs dəyəri 19 manat olan 1 kq "Anchor" markalı kərə yağını aparmışdır. Material üzrə izahatı alınmış vətəndaş X8 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu "Sultan" inşaatın yaxınlığında yerləşən "Oba" marketdən 3 nəfər tanımadığı şəxs dəyəri 19 manat olan 1 kq "Anchor" markalı kərə yağını aparmışdır. Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı Rəşad Cavadovun 07 noyabr 2023-cü il tarixli qərarı ilə X2 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə vət. X9 ərizəsi icraata daxil olmuşdur. Ərizəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrindən xx.xx.2023-cü il tarix saat 08:00 radələrinə qədər olan müddət ərzində naməlum şəxs, ona məxsus olan evin həyətindən bir ədəd samovar oğurlamış, nəticədə ona 100 manat maddi ziyan dəymişdir. Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar Hacıyevin 25 noyabr 2023-cü il tarixli qərarı ilə X9 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, 24 iyun 2023-cü il tarixdə vətəndaş X11 pəncərədən daxil olaraq oğurluq hadisəsinin baş verməsi, lakin baxış keçirməməsi səbəbindən tam olaraq nəyin oğurlanması bilməməsi barədə "102" xidmətinə məlumat vermişdir. Daxil olmuş müraciət araşdırılması üçün Xəzər RPİ-nin 3-cü PŞ-də "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda xx.xx.2023-cü il tarixdə 2887 nömrəsilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sakini X11 24 oktyabr 2023-cü il tarixdə 3-cü Polis şöbəsinə şifahi ərizə ilə müraciət edərək bildirmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə axşam saat 18 dən xx.xx.2023-cü il tarixdə saat 14:30 dək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus yaşayış olmayan və qapısı açıq olan evdən oğurluq etmişlər. Təhqiqat müddəti ərzində X4 izahatı alınmışdır. Alınmış izahatda o, ərizəsində qeyd olunanları təsdiq edərək hadisə nəticəsində 50 qəpiklik pulların oğurlanmasını və ümumilikdə ona 100 manat maddi ziyan dəydiyini bildirməklə izahatını tamamlamışdır. Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadənin 13 noyabr 2023-cü il tarixli qərarı ilə X4 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, 13 noyabr 2023-cü il tarixdə X7 müraciəti əsasında toplanmış HK-1- 3119 sayda qeydiyyata alınmış material daxil olmuşdur. əzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Hacıyevin 21 noyabr 2023-cü il tarixli qərarı ilə X7 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Məhkəmə iclasında Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin nümayəndəsi Vüsal Nəsirzadə protokolları müdafiə edərək, Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətaları törətdiyini etiraf edərək, əməlindən peşman olmasını qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 07 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X7 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 25 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini törətdiyi inzibati xətalara münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbsə nisbətən daha yüngül inzibati tənbeh növündə tənbeh etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir, həbsetmənin əvvəli 30 noyabr 2023-cü il tarixdən, yəni tutulduğu andan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xx xxxx 1978-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X14 X5 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar