Məhkəmə qərarları › İş №3(003)-3030/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-3030/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-3030/2023 15.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X2 iştirakı ilə, X3 Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 16 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 16 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, o, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin 16 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Bununla əlaqədar Bakı şəhəri Xəzər rayon prokurorluğuna müraciət etmişdir. Xəzər rayon prokurorunun müavini Z.Ağakişiyevin 13 noyabr 2023-cü il tarixli qərarı ilə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqındaqərarın ləğv edilməsi barədə” qərar qəbul edilmiş və material üzrə əlavə araşdırma aparılması üçün Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı X.Yolçuyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarda qeyd edilir ki, “araşdırma zamanı X4 tanıdığı X6 tərəfindən döyülməsi təsdiq edilmədiyindən, araşdırma zamanı hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından” cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə tərəfindən X4 döyülməsi faktı təsdiq edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak şikayətçi X6 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 16 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər rayon prokurorunun müavini, ədliyyə müşaviri Zaur Ağakişiyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi” barədə 13 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, X4 müraciəti əsasında Xəzər RPİ-nin 1-ci polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X.X1 ərizəsi əsasında HK-1-1205 saylı material üzrə qəbul etdiyi 25 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar üzrə müəyyən edilənlərdən görünür ki, araşdırma zamanı X5 tanıdığı X6 tərəfindən döyülməsi təsdiq edilmədiyindən, araşdırma zamanı hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Göründüyü kimi hazırki iş üzrə ləğv edilməsi tələb edilən Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 16 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarı Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X.X1 ərizəsi əsasında HK-1-1205 saylı material üzrə qəbul etdiyi 25 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən ləğv edilmişdir və Ə.Kazımov hazırda mövcud olmayan, ləğv edilmiş inzibati tənbeh vermə barədə qərarın məhkəmə qaydasında yenidən ləğv edilməsini xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayətçi tərəfindən verilmiş şikayət artıq ləğv olunmuş qərar barəsində verildiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3 Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 16 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar