Məhkəmə qərarları › İş №3(003)-3033/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3033/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3033/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəlilabad rayonunun Hamarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, Cəlilabad rayonu, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il gecə saat 11:00-12:00 radələrində dəniz kənarında olarkən avtomobildə əl əyləcini çəkmiş, bu zaman maşın bir az fırlanmışdır. Bundan sona “Mercedes” markalı avtomobildə ona polis əməkdaşları yaxınlaşmış və ona avtomobildən yerə düşüb onlara yaxınlaşmaqlarını bildirmişlər. Daha sonra barəsində protokol yazılacağı bildirilmiş o, isə kasıb oğlandır yazmamalarını xahiş etmişdir. Polis əməkdaşı isə digər əməkdaş tərəfindən kameraya çəkildiyini bildirmişdir. Bundan sonra o, həmin kamera ilə çəkiliş aparan polis əməkdaşını çəkiliş apardığı üçün söymüşdür. Sonra isə avtomobilə yaxınlaşaraq açarı götürmək istəmiş, bu zaman isə polis əməkdaşları elə bilmişlər ki o qaçmaq istəyir. Ona görə də onu tutub maşına əyləşdirmişlər, sonra isə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olan zaman nə baş verdiyi soruşulanda polis əməkdaşları onlara söydüyünü bildirmişlər. Orada başqa bir polis əməkdaşı onunla söhbət etmiş, sonra isə otağa aparmışdır. Otaqda olan zaman isə sifətini skoçla bağlamış və ayağından badalaq verərək yerə yıxmış və onu döyməyə başlamışdır. Bu zaman ayağı qırılmışdır. Həmçinin bildirmişdir ki, o, içkili olduğundan kamera vasitəsilə çəkiliş aparan polis əməkdaşına söymüş, ona görə də özünü təqsirli bilir. Lakin heç bir tabesizlik göstərməmişdir. İki ay əvvəl narkotik vasitə olan “nəşə” qəbul etmiş, digər narkotik vasitələrlə əlaqəsi yoxdur. Döyülməsi polis şöbəsində olmuş və döyülməsi nəticəsində gözündən xəsarət almış, ayağı qırılmışdır. Polis idarəsində saxlandığı otağın qapısının şüşəsini isə ayağı qırıldıqdan sonra əsəbləşərək əli ilə sındırmışdır. Polis idarəsinə həkim gəlmiş ayağını gipsə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X4 ifadəsində göstərdi ki, xx.xx.2023cü təxminən 00:00 radələrində Buzovna qəsəbəsində dənizkənarında “Delmar” otelinin qarşısında xidmətdə olan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin avtomobili “ziqzaqvarı” hərəkətlərlə sürətli sürməyini görmüşlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs avtomobili dənizkənarında saxladıqdan sonra ona yaxınlaşmışlar. Özlərini təqdim etmişlər və hansı səbəbdən ona yaxınlaşdıqlarını bildirmişlər. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs onlara və Daxili İşlər Nazirliyinə qarşı söyüşlər söyməyə başlamışdır. Onlar isə onu nizam-intizama dəvət etmişlər. O sakitləşməmiş, onlara qarşı kobud davranmağa başlamışdır. Bundan sonra onu çətinliklə polis şöbəsinə gətirilməsi üçün polis avtomobilinə əyləşdirmişlər. Bu zaman o, başı və yumruğu ilə avtomobilin içərisində avtomobili vurmağa başlamışdır. Onu polis idarəsinə gətirmişlər, orada yenə də öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarına qarşı söyüş söymüş, saxladığı otağın qapısının ayağı ilə vuraraq şüşəsini sındırmışdır. Onlar raport yazaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsi polis idarəsinə təhvil vermişlər. Həmçinin bildirmişdir ki, xidmətdə iki nəfər olmuşlar, gece naryadında olmuşlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs “BMW” markalı avtomobili idarə etmiş, zıqzaqvari hərəkətlər etdiyinə görə maşını saxladıqdan sonra ona yaxınlaşmışdır. Avtopatrul avtomaşınında olmuşlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs özü avtomobildən yerə düşmüş, o yerə düşəndə artıq hiss etmişlər içkili vəziyyətdədir. Yerə düşdükdən sonra onlarla nəlayiq ifadələrlə danışmağa başlamışdır. Məqsədləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsi saxlayıb yolpatrul xidmətinə təhvil vermək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X6 ifadəsində göstərdi ki, təxminən gecə saat 00:00-01:00 radələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs avtomobili zıqzaqvari hərəkətlərlə idarə edərək dənizkənarında avtoxuliqanlıq etmişdir. Bu səbəbdən ona yaxınlaşmışlar və özlərini təqdim etdikdən sonra niyə avtoxuliqalıq etməsi barədə soruşmuşlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs “yaxşı edirəm, avtoxuliqanlı etmirəm” kimi sözlər demiş və onlara, Daxili İşlər Nazirliyinə qarşı söyüşlər söyməyə başlamışdır. Bundan sonra onu nizamintizama dəvət etmişlər. Sonuncu isə onların qanuni tələblərinə tabe olmayıb qanunsuz hərəkətlərini davam etdirimişdir. Daha sonra isə köməyə ərazidə olan digər naryadı çağırmışlar. Həmin polis əməkdaşı gələndən sonra dörd nəfər olmuşlar və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsi çətinliklə avtopatrul maşınına əyləşdirmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs avtomobilin içərisində olan zaman avtomobili vuraraq xəsarət yetirmişdir. Onun və digər əməkdaş tərəfindən çəkilişlər aparılmışdır. Daha sonra isə bölməyə gətirərək təhvil vermişlər. Bundan sonra o, xidmət yerinə geri qayıtmışdır. Şöbədə baş verənlərin şahidi olmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsi, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatlar və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Belə ki, iş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə Buzovna qəsəbəsində polis əməkdaşlarının qanuni tələbini sərxoş halda pozaraq tabesizlik göstərdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. - MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokolun aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. -sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəy dair 1/6912 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti müəyyən edilmişdir. -narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddəlrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 3273 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs sidiyində THC(+), MOP (+) aşkar edilmişdir. - AZA seriyalı, 011845 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. -xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə gətirilən vaxtı PPXB-ə məxsus avtomaşının xüsusi yerində olan zaman sağ əli ilə avtomobilin qapısında olan dəmir barmaqlığa ardıcıl zərbələr vuraraq kəsilmiş yara xəsarətləri, daha sonra növbətçi hisənin saxlama yerində olan zaman ardıcıl olaraq saxlama yerinin qapısına sağ ayağı ilə təpik zərbələri vurmaqla qapının dəmir hissəsini əzmiş, şüşəsini sındırmış nəticədə ayağına sınıq xəsarəti yetirmişdir. -xx.xx.2023-cü il tarixli Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri Elvin Məmmədovun və Ramil Nəbiyevin raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 00:00 radələrində Buzovna qəsəbəsi, Dənizkənarı ərazidə xidmət apararkən tünd rəngli, BMV markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomaşının zığ-zaqvari, nizamsız və təhlükəli hərəkət etdiyini görmüşlər və onu avtopatrulla aralıdan müşahidə etmyə başlamışlar. Onun dənizknarı “Delmar” otelin yaxınlığında dayandığını görüb avtomaşına yaxınlaşarkən sürücü sərxoş halda yerə düşüb onları təhqir etməyə başlamış, üstlərinə hücum çəkmək istəmişdir. Onlar özlərini ona təqdim edib nizam-intizama dəvət etmək istədikdə o polisin və DİN-in ünvanına nalayiq ifadələr işlədərək əl-qol və təpik ataraq qaçmaq isədikdə onu tutaraq avtopatrulun saxlama yerin əyləşdirmək və 2-ci PŞ-nə gətirmək istəmişlər. O, avtopatrulun saxlama yerinə başı və yumruğu ilə zərbələr endirməyə başlamışdır. Onlar həmin şəxsi avtomaşını avtomaşını ilə birlikdə 2-ci PŞ-nə gətirib təhvil verərkən o NH-də əməkdaşları təhqir etməyə, onların qanuni tləblərinə qəsdən tabe olmamağa davam etmişdir. 2 PŞ-də məlum olmuşdur ki, o, Şəxsdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı, məhkəmə iclasında verilmiş özünün izahatı, şahid ifadələri və iş materialları ilə öz əksini tapmışdır. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, xx.xx.2023-cü il tarixdə təxminən saat 00:00-01:00 radələrində içkili vəziyyətdə Buzovna qəsəbəsində dənizkənarında yol hərəkəti qaydalarını riayət etmədən avtomobili sərxoş vəziyyətdə idarə edərək təhlükəli hərəkətlər etdiyinə görə həmin ərazidə xidmətdə olan Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin polis nəfərləri ictimai qaydanın qorunması ilə bağlı vəzifələrini yerinə yetirmək məqsədi ilə ona yaxınlaşmış və törətmiş olduğu yol hərəkəti qaydalarının pozması səbəbi soruşulduqda onlara qarşı kobud davranmaqla təhqiredici ifadələr işlətmişdir. Daha sonra isə polis şöbəsinə getməkdən imtina etməklə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati xətanın sərxoş halda törədilməsi halını məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, yəni, Şəxs tutulduğu andan hesablanmalıdır. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bədənində olan xəsarətlə bağlı (sifət nahiyyəsində xəsarətlərin olması, ayağının qırılması ilə) halların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, bununla bağlı müvafiq araşdırma aparılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğuna məlumat verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bədənində olan xəsarətlərlə bağlı müvafiq araşdırma aparılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğuna məlumat verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar