Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-304/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn direktoru X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC kənd təsərrüfatı təyinatlı torpağa münasibətdə Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmişdir. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin baş məsləhətçisi-müfəttişi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 05 fevral 2025- ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn direktoru X5 əməli etiraf etməyərək izahatında göstərdi ki, təsərrüfat təyinatı aparmaq üçün orada qazınti işləri aparılmışdır. Orada əlavə tikili olmamışdır. Barələrində tərtib edilmiş protokolla razı olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin içərisində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 67,78 ha torpaq sahəsində qazıntı işləri aparılaraq məqsədli təyinata uyğun olmayan başqa məqsədlər üçün daşkarxanası kimi istifadə etmişdir. Bu səbəbdən hüquqi şəxsin qanuna müvafiq məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ƏMDK-nin əməkdaşları Xəzər rayonu Zirə qəsəbəsi X2 sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 67.78 ha torpaq sahəsində qazıntı işləri apararaq daş karxanasının istifadə edilməsi faktı aşkar edilmişdir. ƏMDK DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli ********** nömrəli qeydiyyat nömrəli çıxarışdan görünür ki, sahəsi 67.78 ha olan Xəzər rayonu Zirə qəsəbəsi X2 sovxozu ərazisinin təyinatı kənd təsərrüfatı təyinatlıdır və Şəxs MMC-nin xeyrinə hüquq yüklü edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Şəxs MMC tərəfindən Xəzər rayonu Zirə qəsəbəsi X2 sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 67.78 ha torpaq sahəsində daş karxanasının tikintisi aparılır. Həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin əvvəlki məhkəmə iclaslarında qeyd etdiyi təsərrüfat təyinatı aparmaq üçün orada qazınti işləri aparılmasını qeyd etsədə, həmin əraziyə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, MMC tərərfindən qazıntı işləri aparılmış və məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə sahəsindən daşkarxanası kimi istifadə edilmişdir. Başqa sözlə desək müəyyən olundu ki, torpaq sahəsinin daş karxana kimi istifadə edilərək dərin qazıntılar aparılmış və daş qazıntılarının izləri divarlarda öz əksini tapmışdır. (daşların kəsintiləri izləri). Bundan əlavə qazılmış yerdə texnikanın (maşınların) təkər izləri görünmüş, buda o nəticəyə gəlməyə əsas verir ki, orada xüsusi texniki maşınlardan istifadə edilmişdir. Bela olan halda məhkəmə hesab edir ki, tərtib edilmiş protokola əsaslı hesab edilərək hüquqi şəxs Şəxs MMC barəsində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin bu fakt məhkəmə tərəfindən keçirilmiş 12 mart 2025-ci il tarixli yerli baxış zamanı öz əksini tapmışdır. Belə ki, 12 mart 2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, Xəzər rayonu Zirə qəsəbəsi X2 sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 67.78 ha torpaq sahəsində daş karxanası tikintisi aparılması müəyyən edilmişdir. Beləliklə, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-nin barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-304/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-304/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver