Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-3079/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin aparıcı məsləhətçisi Feyruz Tağıyev məktubla məhkəməyə müraciət edərək Şəxs MMC-nin fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2057-ci il tarixinədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş məktub Maliyyə Nazirliyinə təqdim edildiyini bildirmiş və bu səbəbdən işə baxılmadan qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, inzibati xəta haqqında material baxılmadan geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materialı tərtib etmiş orqan həmin materiala baxılmadan geri qaytarılmasını xahiş etdiyindən həmin materiala baxılmasına olan zərurət aradan qalxmışdır. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-3079/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-3079/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver