Məhkəmə qərarları › İş №3(003)-308/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-308/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-308/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs müdafiəçisi – Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddəsi ilə 00800-00008/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əsasən 01 oktyabr 2022-ci il tarixdə TK 335 saylı Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Heydər X1 yerləşən “Terminal-1 X5” gömrük postunda aparılan yoxlama zamanı bel çantasından gömrük sərhəddindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirdiyi ümumi çəkisi 0.094 qram metamfetamin psixotrop madəsi aşkar edilərək götürülmüşdür. Həmçinin Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük orqanlarına düzgün bəyan edilməmiş 15382 ABŞ dolları, bəyan olunmamış 14568,50 manat dəyərində 53 ədəd briliant qaşlar, 600 manat dəyərində 1 ədəd “Samsung A 51” və 1 ədəd “Samsung A 52” markalı mobil telefonlar aşkar edilmişdir. Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində toplanmış materiallar araşdırma aparılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Fakt üzrə Əməliyyat-İstintaq Baş İdarəsində ********* nömrəli cinayət işi başlanmış, Azərbaycan Respublikası vətəndaşı Şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qeyd olunan cinayət işinin icraatı tamamlanmış və Şəxs gömrük orqanlarına düzgün bəyan etmədiyi 15382 ABŞ dolları, bəyan olunmamış 14568,50 manat dəyərində 53 ədəd briliant qaşlar, 600 manat dəyərində 1 ədəd “Samsung A 51” və 1 ədəd “Samsung A 52” markalı mobil telefonların dəyəri 50000 manatdan aşağı olduğu və şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddəsinin tərkib əlamətlərinin müəyyən edildiyi nəzərə alınmaqla, Şəxs barəsində cinayət işindən ayrılmış material inzibati xətalar haqqında qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli 1000-154/1xx-xx/023268 saylı məktubla Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. Şəxs tərəfindən gömrük orqanlarına bəyan edilməyən və düzgün bəyan edilməyən predmetlərinin ümumilikdə dəyəri 26867,90 manat təşkil etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi əməli qismən etiraf edərək briliant qaşların ona aid olmadığını, dostunun ona verdiyini, həmin qaşların dəyərindən məlumatsız olduğunu bildirmişdir. Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs müdafiəçisi X4 bildirmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkibi yoxdur. Belə ki, briliant qaşlar Şəxs aid deyildir. Şəxs törətdiyi əməli qismən etiraf etməsini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanması haqqında qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi balanılmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulmasıhaqqında qərarın və protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan video görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Şəxs məxsus olan qara rəngli üzərində “Phılıpp Plein” sözü yazılmış bel çantasının zəncirbəndlə bağlanmış ön cibi açıldı və içərisində 3 ədəd 100 ABŞ dolları nominalında, 1 ədəd 50 ABŞ dolları nominalında, 1 ədəd 20 ABŞ dolları nominalında, 1 ədəd 10 ABŞ dolları nominalında və 1 ədəd 1 ABŞ dolları nominalında, ümumilikdə 381 ABŞ dolları pul vəsaiti aşkar edildi. Yoxlama davam etdirildi, qara rəngli üzərində “Phılıpp Plein” sözü yazılmış bel çantasının zəncirbəndlə bağlanan digər cibi açıldı və orada olan pul kisəsi götürüldü, pul kissəsinə baxış zamanı 1 ədəd 1 ABŞ dolları nominalında pul vəsaiti olduğu müəyyən edildi. Daha sonra bel çantasının həmin cibinə baxış davam etdirildi. Baxış zamanı cibin içərisində 100 ədəd 100 ABŞ dolları nominalında ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti, 2 ədəd qutusuz və aksessuarsız vəziyyətdə “Samsung” markalı mobil telefon, 2 ədəd sellofan paketin içərisində qaşlar aşkar edildi. Sellofan paketin birinin üzərində “3.48 ct 9 ədəd” sözü yazıldığı və içərisində 9 ədəd qaş olduğu, digər sellofan paketin üzərində “6.17 ct/1.29, 26 ədəd, 12 ədəd, 6 ədəd” sözləri yazıldığı və içərisində 44 ədəd qaş olduğu müəyyənləşdirildi. Yoxlama zamanı həmçinin çantanın içərisindən 1 sellofan paketin içərisində gümüşü rəngli falqanın içərisinə bükülmüş vəziyyətdə, ağ rəngli kristal halda hissəciklər aşkar edildi. Bundan sonra Şəxs məxsus digər əl yükləri və baqajlara baxış keçirilir və oradan müxtəlif ərzaq məhsulları, tekstil əşyalar olduğu müəyyən edilmişdir. Daha sonra Şəxs üzərində şəxsi yoxlama keçirilir. Şəxsi yoxlama başlamazdan əvvəl Şəxs əyninə geyindiyi göy rəngli şalvarın sol ön cibindən 50 ədəd 100 ABŞ dolları nominalında, ümumilikdə 5000 ABŞ dolları pul vəsaitini çıxarıb təqdim etdi. Keçirilən şəxsi yoxlama zamanı Şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 5/1202 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 153 ədəd 100 ABŞ dolları, 1 ədəd 50 ABŞ dolları nominallı, 1 ədəd 20 ABŞ dolları nominallı, 1 ədəd 10 ABŞ dolları nominallı, 2 ədəd 1 ABŞ dolları nominallı pul əskinasları xüsusi mühafizə vasitələrilə təhciz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 6/5723 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd polietilen paketin içərisində ümumilikdə 53 ədəd dairəvi cilalı, rəngsiz, şəffaf qaşlar brilyantdır. Onlardan: 1) Üzərində əl yazısı ilə “3,48 ct 9 ədəd” yazılar olan paketdə: - 1 ədəd 0,326 karat, 6 ədəd hər biri 0,321 karat, 2 ədəd hər biri 0,315 karat olmaqla ümumilikdə 5/5 keyfiyyətli brilyantdır. 2) Üzərində əl yazısı ilə "6,17 ct/1,29 26 ədəd 12 ədəd 6 ədəd” yazılar olan paketdə: - 3 ədəd hər biri 0,212 karat, 6 ədəd hər biri 0,206 karat, 10 ədəd hər biri 0,203 karat, 4 ədəd hər biri 0,196 karat, 3 ədəd hər biri 0,192 karat, 3 ədəd hər biri 0,101 karat, 4 ədəd hər biri 0,092 karat, 2 ədəd hər biri 0,097 karat, 2 ədəd hər biri 0,086 karat, 1 ədəd 0,075 karat, 6 ədəd hər biri 0,009 karat olmaqla 5/5 keyfiyyətli brilyantdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 9/7142 nömrəli ekspert rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən, qeyd edilən və ekspertizaya təqdim edilən qaşların (ölçüsü, keyfiyyəti, rəngi və s.) xüsusatları nəzərə alaraq xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 14568,50 manat müəyyən edilir. Həmin qaşların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 9/8289 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd mobil telefonun xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən (1 ədəd “Samsung A 52” markalı mobil telefon 350 manat, 1 ədəd “Samsung A 51” markalı mobil telefon 250 manat) 600,00 manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsində deyilir ki, Bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları bəyan etməmiş və bu, az miqdarda olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16, 26.2, 40, 43, 48-50, 115, 117, 129-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (26867,90 AZN) qırx faizi məbləğində - 10747,16 AZN məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar