Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-308/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalının nümayəndəsi X1 iştirakı ilə “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək inzibati xəta haqqında işə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalının nümayəndəsi X3 izahatında göstərdi ki, hüquqi şəxsdə sürücü işləyir. Avtomobil Xətai rayonunda qeydiyyatdadır. Avtomobili özü idarə edir. xx.xx.2024-cü il tarixdə inzibati xəta baş vermiş, bayram günləri olduğundan xx.xx.2025-ci il tarixdə Xətai rayon Polis İdarəsinə müraciət edərək, avtomobilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokolu qərarlı etmələrini xahiş etmiş və onlar tərəfindən qərar sistemə otuzdurulmuşdur. Həmin günd ə qərar üzrə cərimə tamamilə ödəmişdir. Nə şirkətə, nə də ki, ona heç bir rəsmi bildiriş ünvanlanmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, inzibati xəta haqqına protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, inzibati xəta haqqında işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, İXP 680136 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. -“X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı fililalına ünvanlanmış sorğudan görünür ki, MMC-nin mülkiyyətində olan “RENAULT DOKKER” minik markalı, 77PG275 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş olunmuşdur. Həmin sorğuya əlavə edilmiş SX044678904AZ ştrix kodlu xəbərnamədən görünür ki, qeyd olunan sorğu “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalı tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi halı inzibati məsuliyyət yaradır. Hazırki iş üzrə məhkəmə hesab edir ki, “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Belə ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə səlahiyyətli orqanın sorğusu “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Lakin inzibati xəta protokolunu tərtib edən orqan X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalının sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində rəsmi qaydada cavab verməli olmasını nəzər almadan, həmin müddətin bitməsini gözləmədən xx.xx.2025-ci il tarixli, İXP 680136 nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. xx.xx.2025-ci il tarixdə isə ümumiyyətlə inzibati xəta hadisəsi baş verməmişdir. Göründüyü kimi, “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalı inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddəti ötürməmiş və hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərini (hərəkət və ya hərəkətsizliyi) yaranmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsin əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “X4 X2 Sanayi İç və Dış Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı fililalının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-308/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-308/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver