Məhkəmə qərarları › İş №3(003)-309/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-309/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-309/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 13 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində J2012 saylı Dubay-Bakı aviarevsi ilə gələn Şəxs “Yaşıl kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk edərkən gömrük əməkdaşları tərəfindən saxlanılaraq “Qırmızı kanal”a yönləndirilmis, əşyalarını rentgen aparatından keçirilməsi tələb olunmuşdur. Şəxs Dadas oğluna məxsus çantalar rentgen qurğusundan keçirilmiş, qurğunun monitorunda çantaların içərisindən şübhəli əşyaların təsvirləri əks olunmuşdur. Bundan sonra Şəxs Dadas oğlu yoxlama otağına dəvət olunmuş, yoxlama otağında hal şahidlərinin iştirakı ilə vətəndaşın çantalarına yoxlama keçirilmişdir. Yoxlama zamanı üzərində “SantaFe” sözləri yazılmış boz rəngli əl çantasından əvvəlcədən gömrük orqanına şifahi, yazılı və va elektron formada bəyan olunmayan, 1 ədəd qutusuz və aksesuarsız “İPhone 14 Pro, 128GB (imei: **********44288)” markalı mobil telefon, 2 ədəd qutusuz və aksesuarsız “İPhone 13 Pro, 256GB (imei: **********36593 və **********44104)” markalı mobil telefon, 1 ədəd “X4 2 Pro” markalı qulaqcıq, 1 ədəd “X6 android TV”, 2 ədəd “Ultra 8” markalı smart qol saatı, 9 ədəd USB, 4 ədəd qutuda adapter başlığı, içərisində 10 ədəd olmaqla 1 qutu üzərində “Elf Bar BC5000” yazısı olan elektron siqaret, 2 ədəd “Michael Kors” markalı qol saatı, 1 ədəd “Bee Sister” markalı qol saatı, 1 ədəd “Rolex” markalı qol saatı, 1 ədəd “3iam” markalı qol saatı, üzərində “X5” yazısı olan sellofan paketin içərisindən 2 blok (20 qutu) “Marlboro White” markalı siqaret, 1 blok (10 qutu) “Philip Morris” markalı siqaret, 1 qutuda hər biri 1 litr olan 3 ədəd “Smirnoff markalı spirtli içki, kiçik həcmli, üzərində “X2" yazısı həkk olunan qara rəngli çantanın içərisindən 5 ədəd “Xiaomi” markalı smart qol saatı, 1 ədəd qutu və aksesuarları ilə birlikdə “İPhone 13 Pro, 128GB (imei: 3558438ffl865894) markalı mobil telefon, 2 ədəd “Airpods” markalı qulaqcıq, 1 ədəd “Galaxy Z Fold 4” yazısı olan telefon maketi, boz rəngli çantanın içərisindən 1 ədəd “Predator Helios 300” markalı noutbuk, 1 ədəd “3iam" markalı qol saatı, t ədəd “Micheal Kors” markalı qol saatı, 1 ədəd "Rolex” markalı qol saatı, qara-qırmızı rəngli bel çantasının içərisindən 2 ədəd “TW 8 Ultra” markalı smart qol saatı, 1 qutu “X6 android TV”, 1ədəd “Airpods” markalı qulaqcıq, 1 qutu 3.0 USB DVD-RW, 1 ədəd “Rolex” markalı qol saatı üçün boş qutu, 1 ədəd içərisində 325 tablet olan “Amino Hardcore" markalı protein, t ədəd “X3” markalı ətir, 2 ədəd “Fifa23” yazısı olan PS4 ovun diski, 1 ədəd dəmir sıxlığını ölçən cihaz aşkar edilərək götürülmüşdür. Şəxs götürülmüş mallar əmətəəşünaslıq ekspertizasından keçirilməsindən ötrü xx.xx.2022-ci il tarixli, 1900-013/0xx-xx/004642 saylı məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Həmin mərkəzin 11 yanvar 2023-cu il tarixli, 9/8290 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 29 adda malların ümumilikdə orta bazar qiyməti 12984,00 manat müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs məxsus orta bazar qiyməti 2100 manat olan 1 ədəd qutu və aksesuarları ilə birlikdə “İPhone 13 Pro, 128GB" markalı mobil telefonu ölkə ərazisindən gedərkən **********17603 nömrəli sadələşdirilmiş bəyannamə ilə bəyan edərək özu ilə apardığı, həmçinin orta bazar qiyməti 2000 manat olan 1 ədəd qutusuz və aksesuarsız "İPhone 13 Pro, 256GB markalı mobil telefonun isə əvvəldən istifadəsində olan özünü şəxsi mobil telefon cihazı olduğu müəyyən edilmişdir. Fiziki şəxs tərəfindən ölkə ərazisinə gələrkən həmin şəxsi əşyalar digər əşyalarla birgə gömrük yoxlaması zamanı təqdim edilməsinin nəzərə alınması, sadalanan mallara münasibətdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiq hesab edilmir. Araşdırma dövründə Şəxs 26/C11001399 nömrəli ərizə ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək ümumi qiyməti 90 AZN olan 3 “Michael Kors” markalı orijinal olmayan qol saatının, ümumi qiyməti 50 AZN olan 2 ədəd “Rolex" markalı qızılı rəngli, üzəri şəffaf rəngli qaşlarla kombinə edilmiş orijinal olmayan qol saatı, ümumi qiyməti 60 AZN olan 2 ədəd “3iam” markalı qol saatı, ümumi qiyməti 25 AZN olan 1 ədəd “Bee sister” markalı qol saatı, ümumi qiyməti 120 AZN olan hər biri 3 litr olmaqla 3 ədəd “Smırnoff" markalı spirtli içki, ümumi qiyməti 140 AZN olan 2 ədəd “Ultra 8” markalı smart qol saatı, ümumi qiyməti 120 AZN olan 1ədəd “TW 8 Ultra” markalı smart qol saatı, ümumi qiyməti 45 AZN olan 9 ədəd “İphone" markalı mobil telefonlar üçün USB kabeli, qiyməti 8 AZN olan “1 ədəd “Rolex" markalı qol saatı üçün boş qutu, ümumi qiyməti 20 AZN olan 1 ədəd üzərində “Galaxy Z Fold 4” yazısı olan telefon maketi, ümumi qiyməti 600 AZN olan 2 ədəd “Airpods Pro" markalı qulaqcıqlar, qiyməti 75 AZN olan 1 ədəd “Amino Hardcore” markalı qida əlavəsi olmaqla ümumi orta bazar qiyməti 1353 AZN təşkil edən malların məhəkəmə qaydasında müsadirə edilməsini xahiş etmişdir. Nəticədə Şəxs tərəfindən ümumi orta bazar qiyməti 12984 manat olan mallardan, orta bazar qiyməti 2100 manat olan 1 ədəd qutu və aksesuarları ilə birlikdə “İPhone 13 Pro, 128GB” markalı, orta bazar qiyməti 2000 manat olan 1 ədəd qutusuz və aksesuarsız “İPhone 13 Pro, 256GB” markalı mobil telefon cihazlarının dəyəri və 1353 manat məbləğində olmaqla müsadirə edilməsi üçün ərizəsində göstərilən məbləğlər çıxılmaqla, 7531 manat məbləğində malların gömrük orqanına mütləq bəyan edillməli olduğu halda bəyan edilmədiyi müəyyən edilərək Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00800-0285/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən səmimi peşman olduğunu, həmçinin həyat yoldaşının vəfat etməsi səbəbilə himayəsində iki azyaşlı uşağının olmasını bildirərək,məhkəmədən barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi orta bazar qiyməti 8884 manat məbləğində malları gömrük orqanına mütləq bəyan edillməli olduğu halda bəyan edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması və himayəsində iki azyaşlı uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 8884 manat məbləğin qırx faizi miqdarında 3553,60 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 284,65 (iki yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3553,60 (üç min beş yüz əlli üç manat altmış qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 284,65 (iki yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar