Məhkəmə qərarları › İş №3(003)-31/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-31/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-31/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxxx 1965-cı il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsində yerləşən nömrəsiz evdə yaşayan haqqında Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 11 dekabr 2021-ci il tarixli protokola əsasən Şəxs 27 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs adına olan «Hyundai» markalı avtomobilin arxa şüşəsini sındırmışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Arif Rzayev tərəfindən 01 dekabr 2021-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 1998-ci ildə Kamandar Bayramovla rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Kamandar son 4 il ərzində həm onunla, həm də, Gülnarə ilə birlikdə yaşamağa başlamışdır. Son 1 həftə ərzində Kamandar onunla əlaqə saxlamadığından onun Bakı şəhəri, Xəzər rayonu, Albalılıq massivində yaşadığı evinə getmişdir. Orada yaranmış zamanı ona məlum olmuşdur ki, Kamandar birgə nikah dövründə ona aldığı «Hyundai» markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobili Gülnarədən olan qızı Duyğunun adına keçirtmişdir. Buna görə də, əsəbləşərək avtomobilin arxa şüşəsini sındıraraq yerindən çıxartmış, sonra şüşə silənləri sındırmışdır. Hazırda ziyanı ödəmək üçün maddi cəhətdən imkanı yoxdur. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs bildiriş verilməsinə baxmdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir. 12 yanvar 2022-ci il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs elektron qaydada ərizəsi daxil olmuşdur. Ərizə qeyd etmişdir ki, Şəxs ona 660 manat ziyan vurmuşdur. Ziyanını ödəməmişdir və ona qarşı şikayətçidir. Ziyanın ödənilməsini tələb edir. 12 yanvar 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Naxçıvan MR-da yaşadığı üçün iştirak edə bilmir. «Hyundai» markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobil heç bir zaman atasının adına olmamış və öz qazancı ilə aldığı avtomobildir. Şəxs dəfələrlə onu hədələmiş, hadisənin baş verdiyi gün şəxsi evinə gəlib ona hücum çəkmiş, ona, təzə doğulmuş körpəsinə və ailəsinə psixoloji travma yaşatmışdır. Məhkəmədən ona dəymiş ziyanın qarşılanmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 27 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxsn məxsus adına olan «Hyundai» markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilin arxa şüşəsini sındırmaqla az miqdarda, yəni 660 manat ziyan vurmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı hədd cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 660 (altı yüz altmış) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar