Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-310/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X10 nümayəndəsi X5 iştirakları ilə xx xxxxxx 1979-cu ildə Özbəkistan Respublikası Daşkənd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 333.1-ci maddəsi ilə Bakı şəhəri BPİ Dövlət Yol Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx xxxx 2020ci il tarixdə “Acura Max” minik markalı **-XB-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi aşkar edilmişdir. Bakı şəhəri BPİ Dövlət Yol Polis İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-890/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan qərardan Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(003)-2168/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri BPİ Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə dəfələrlə bildiriş göndərilmiş, lakin Bakı şəhəri BPİ Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Bakı şəhəri BPİ Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən 11:20 özünə məxsus “Acura" markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindən Mərdəkan şossesi ilə mərkəz istiqamətinə hərəkətdə olan zaman “Covid-19” virusunun geniş yayılmasının qarşısının alınması məqsədi ilə quraşdırılmış stasionar polis postunda yoxlanılarkən adını bilmədiyi polis əməkdaşı müvafiq portal vasitəsilə icazəsinin olduğunu yoxladıqdan sonra əvvəlcədən hasil olmuş qərəzli mövqedən yanaşaraq əsassız olaraq alkoqol sərxoşluğu vəziyyətində olmağından şübhə etdiyini bildirməklə alkotester vasitəsilə sərxoşluq vəziyyətini yoxlamış, lakin nəticəsini ona bildirmədən nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdıraraq avtomobilini idarə edib Xəzər rayonu Qala qəsəbəsində yerləşən cərimə meydançasına aparmış, hər hansı bir akt və protokol tərtib edilmədən əsassız olaraq avtomobili ondan təhvil alınmışdır. Həmin polis əməkdaşı onun mobil telefon nömrəsini götürərək zəng edəcəyini bildirib çıxıb getmişdir. Ona heç bir polis əməkdaşı zəng etmədiyindən həmin polis əməkdaşını özü axtarmış və Xəzər rayonu Şağan qəsəbəsi ərazisində həmin polis əməkdaşını 344 çağırışlı yol patrul avtomobili ilə xidmət aparan zaman taparaq ondan avtomobilini qaytarmasını tələb etmiş, lakin o, əsassız olaraq içkili olduğunu, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyinə icazə verilmədiyini, Bakı şəhər DYPİ-nin 7-ci xidməti otaqda əyləşən polis əməkdaşına yaxınlaşmasını bildirmişdir. O, spirtli içki qəbul etmədiyindən əmin olduğuna görə gələcəkdə sərxoş vəziyyətdə olmadığını mübahisələndirilmək üçün Respublika Narkolofi Mərkəzinin Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsində yerləşən sərxoşluq vəziyyətinin müayinəsi məntəqəsinə müraciət edərək həkim-narkoloq tərəfindən saat 14:15-də müayinədən keçmiş və 2/19722 sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən “ayıq” vəziyyətdə oldugu müəyyən edilmişdir. O, sərxoş vəziyyətdə olmadıgını sübüt etmək məqsədi ilə bir neçə gün Bakı şəhər DYPİ-nin 7 saylı otagına getsə də, orada izdiham olduğundan sosial məsafəni qorumaq və karantin rejimi qaydalarına əməl etmək üçün həmin yerdə gözləməmişdir. 4 gün heç bir səbəb olmadan nəqliyyət vasitəsi cərimə meydançasında qaldıqdan sonra xx xxxx 2020-ci il tarixdə səhər saat 08:30 radələrində adi çəkilən İdarənin 7 saylı xidməti otağına yaxınlaşmış və həmin otaqda xidmət aparan Himmət Paşazadəyə sərxoş vəziyyətdə olmamağı barədə 2/19722 sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını təqdim edərək baş vermiş hadisəni və əsassız olaraq avtomobilinin cərimə meydançasına yerləşdirildiyini, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə şikayət edəcəyini bildirib pozulmuş hüquqlarının bərpasını tələb etdikdə polis mayoru Himmət Paşazadə avtomobilinin cərimə meydançasından buraxılması barədə buraxılış vərəqəsi versə də, sürücülük vəsiqəsini qaytarmamışdır. Himmət Paşazadədən sürücülük vəsiqəsinin hansı səbəbə qaytarılmamasını soruşduqda sonuncu sənədlərinin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon məhkəməsinə göndəriləcəyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, 16 iyul2020-ci il tarixdə avtomobili cərimə meydançası yerləşdirilsə də, xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 dediklərinin həqiqəti əks etdirən DİN-nin DYP Web portalından çıxarışın surətini məhkəməyə təqdim edərək göstərdi ki, xətanın tarixi xx xxxx 2019-cu il göstərilmiş, lakin protokolun tərtib edildiyi tarix xx xxxx 2020-ci ildir. Belə ki, xətanın törədilmə tarixi xx xxxx 2019-cu ildirsə, o zaman xətanın törədilməsindən 1 il müddət keçmişdir, yox əgər texniki səhvdirsə, bu halda Azərbaycan Respublikası İXM-nin 101.1 və 101.2-ci maddələrinin tələbləri pozulmuşdur. Yəni, protokol dərhal tərtib olunmalı olduğu və yaxud barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda iki gün müddətində tərtib olunmalı halda 4 gün sonra tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol aldatma yolu ilə qərəzli şəkildə tərtib edilmişdir, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X10 nümayəndəsi X8 göstərdi ki, Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsinin 1ci bəndində göstərildiyi kimi, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda, bu, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Yəni sürücünün 1 litr qanında 0,3 qram və ya daha artıq təmiz etil spirti olarsa, o, sərxoş sayılır. Alkotestrlə isə qanda spirtin miqdarı müəyyənləşdirilə bilməz. Hadisədən təxminən 3 saat 30 dəqiqqə əvvəl spirtli içki qəbul etmiş sağlam şəxsin qanında bir saat ərzində spirtli içkinin miqdarı 0,1 promil azala bilər, həmin vaxt polis əməkdaşlarının protokolda göstərdikləri miqdarda promilin alkotestrlə aşkar edilməsi mümkünsüzdür. Tibbi jurnallardakı məqalələrdən və həkim-narkoloqların yazılarından (müsahibələrindən) məlumdur ki, spirtli içki 6-12 saat ərzində bədəndən təmizlənir, həm də orqanizmin ayılma müddəti qəbul edilən içkinin növündən, dərəcəsindən və miqdarından (həcmindən), nə ilə içilməsindən (yediyimiz yeməklərdən) və orqanizmin fərdi göstəricilərindən (məsələn: çəki, qara ciyərin vəziyyəti və s.) asılıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X10 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan xx xxxx 2020-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, X3 alkoqol sərxoşluğu 0,407 promil olması (saat 10:51) aşkar edilmişdir. İş materiallarına olan xx xxxx 2020-ci il tarixli, 2/10722 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X3 alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması (saat 14:35) aşkar edilmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, X3 öz xətti ilə “mən spirtli içki pivə qəbul eləmişəm, həkimə getməyə ehtiyac yoxdur. Bundan sonra, spirtli içki qəbul edib maşın sürməyəcəyimə söz verirəm” sözlərini yazmışdır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisində X3 alkoqol sərxoşluğu 0,407 promil olması (saat 10:51) aşkar edilmişdir. Daha sonra X2 saat 14:35-də Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nə müraciət etmiş və müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq onun qanında alkoqolun miqdarının 0,00 promil və ayıq olduğu aşkar edilmişdir. Həmçinin, araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X10 nümayəndəsi izahatı ilə müəyyən edilmişdir ki, alkotestrlə qanda spirtin miqdarı müəyyənləşdirilə bilməz. Hadisədən təxminən 3 saat 30 dəqiqə əvvəl spirtli içki qəbul etmiş şəxsin qanında bir saat ərzində spirtli içki pivənin miqdarı 0,1 promil azala bilər, həmin vaxt polis əməkdaşlarının protokolda göstərdikləri miqdarda promilin alkotestrlə aşkar edilməsi mümkünsüzdür. Spirtli içki olan araq 6-12 saat ərzində bədəndən təmizlənir, həm də orqanizmin ayılma müddəti qəbul edilən içkinin növündən, dərəcəsindən və miqdarından (həcmindən), nə ilə içilməsindən (yediyimiz yeməklərdən) və orqanizmin fərdi göstəricilərindən (məsələn: çəki, qara ciyərin vəziyyəti və s.) asılıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 barəsində tərtib edimiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı protokol əsaslı olmamışdır. Qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. Belə ki, ilkin olaraq alkotester adlanan aparatın göstəricisi 10:51-də, sonrakı müayinə isə 14:35-də keçirilmişdir. Sonuncu müayinə zamanı X3 qanında alkoqolun aşkar edilməməsi hər saatda qanda alkoqolun miqdarının düşməsi ilə əlaqədardır. Eyni zamanda məhkəmə qeyd edir ki, X3 barəsində tərtib edilmiş protokolun tarixdəki 2020-ci il olmalı olduğu halda, 2019-cu il kimi göstərilməsini texniki hal kimi nəzərə alır, lakin DİN-nin DYP Web portalından çıxarışın surətindən göründüyü kimi, xətanın tarixi xx xxxx 2020-ci il olmasına baxmayaraq, protokol xx xxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Burdan da aydın olur ki, X4 işinin həlli üçün “mən spirtli içki pivə qəbul eləmişəm, həkimə getməyə ehtiyac yoxdur. Bundan sonra, spirtli içki qəbul edib maşın sürməyəcəyimə söz verirəm” izahatını yazmışdır. Burdan da müəyyən etmək olur ki, X3 izahatında yazdığı “mən spirtli içki pivə qəbul eləmişəm, həkimə getməyə ehtiyac yoxdur. Bundan sonra, spirtli içki qəbul edib maşın sürməyəcəyimə söz verirəm” sözləri həqiqəti əks etdirir. Məhkəmə X3 izahatında yazdığı “mən spirtli içki pivə qəbul eləmişəm, həkimə getməyə ehtiyac yoxdur. Bundan sonra, spirtli içki qəbul edib maşın sürməyəcəyimə söz verirəm” sözləri mötəbər sübut kimi nəzərə ala bilməz. Bundan əlavə, “alkotester” adlanan aparatın sertifikatının olub-olmaması, olduğu halda hansı tarixdə qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sənəd əlavə edilmədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. Beləliklə, X1 halda avtomobili idarə etməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, X3 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-310/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-310/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver