Məhkəmə qərarları › İş №3(003)-3117/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3117/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3117/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Zərər çəkmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Huseyn Sahinin iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Türkiyə Respublikasının Kurtlukaya rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan və yaşayan Huseyn Sahinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Huseyn Sahinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 14 dekabr 2023-cü il tarixli protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2028/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Huseyn Sahindən ümumilikdə 65000 manat və ödənilmiş dövlət rüsumuna görə 285 manat pul “BSB” X5 Məktəbinin xeyrinə tutulmalıdır. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Elektron informasiya sistemi vasitəsilə borclunun adına bank hesabların, əmlakın olub-olmaması məsələri araşdırılmış, adına qeydiyyatda olduğu ev aşkar edilmişdir. Yeganə yaşayış yeri olduğundan həmin əmlaka borcun yönəldilməsi mümkün olmamış, şirkətdə direktor vəzifəsində işlədiyi və 500 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Lakin özünün bildirdiyinə görə həmin şirkət ona məxsusdur və fəaliyyət göstərmir. Huseyn Sahin dəfələrlə icra şöbəsinə dəvət olunmuş izahatı alınmış, icra sənədinin icrasından yayındığına görə məsuliyyəti barədə ona xəbərdarlıqlar elan edilmiş, lakin hal-hazıradək borcundan heç bir ödəniş etməmişdir. Dediyinə görə ödəniş etməməsinə səbəb alacaqlarının olması və həmin alacaqlarının ona verilmədiyinə görə ödəniş edə bilməməsidir. İcra sənədinin icrasından yayındığına görə protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi X3 izahatında bildirdi ki, kifayət qədər vaxt keçməsinə baxmayaraq icra sənədi Huseyn Sahin tərəfindən icra olunmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Huseyn Sahin izahatında bildirdi ki, 1994-cü ildən Azərbaycan Respublikasında yaşayır. İcra sənədi barəsində etirazı yoxdur. Ləğv prosesində olan “X7” ASC-də ******* manat məbləğində pulu var. Lakin həmin pul məbləği ona verilmədiyindən ödənişlər edə bilməmişdir. Son 3-4 ildir ki, işi yoxdur. Məhkəmə tərəfindən borcun ödənilməsi üçün şərait yaradılmasına baxmayaraq, hazırda 600 manat pul ödəniş edə bilər. Bundan başqa mülkiyyətində olan evin satılması ilə proseslər başlanılmış və həmin evin satışından əldə olunan pulun hesabına borcunu qaytaracaqdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Huseyn Sahinin Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Huseyn Sahindən ümumilikdə 65000 manat və ödənilmiş dövlət rüsumuna görə 285 manat pul “BSB” X5 Məktəbinin xeyrinə tutulmalıdır. Həmçinin iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələblərin könüllü icra edilməsi üçün qanunda nəzərdə tutulmuş qaydada vaxt müəyyən edilmişdir. Huseyn Sahin icra sənədi barədə məlumatı olmuş, lakin heç bir ödəniş etməmişdir. İcra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olubolmaması məsələləri araşdırılmış, lakin heç bir nəticə əldə olunmamışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-910/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borcun qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Bu hal iş materialları və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Huseyn Sahinin izahatı ilə təsdiq olunur. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Huseyn Sahinin hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Huseyn Sahinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Huseyn Sahinin törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Huseyn Sahin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar