Məhkəmə qərarları › İş №3(003)-3122/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-3122/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-3122/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, X1 Bakı şəhər BPİ-nin X4 İdarəsinin inzibati xəta haqqında 11 dekabr 2023-cü il tarixli, EQ 18485586 saylı qərarının ləğv edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X4 İdarəsinin inzibati xəta haqqında 11 dekabr 2023-cü il tarixli, EQ 18485586 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. 21 dekabr 2023-cü il tarixdə X2 vəsatət ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X4 İdarəsinin inzibati xəta haqqında 11 dekabr 2023-cü il tarixli, EQ 18485586 saylı qərarının ləğv edilməsinə dair ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ərizə və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, X1 Bakı şəhər BPİ-nin X4 İdarəsinin inzibati xəta haqqında 11 dekabr 2023-cü il tarixli, EQ 18485586 saylı qərarının ləğv edilməsinə dair ərizəsi baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayət verən şəxs X2 məhkəməyə təqdim etdiyi vəsatətdə şikayətinin (ərizəsinin) geri qaytarılmasını xahiş etdiyinə görə məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 128.1- 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X1 Xəzər rayon Polis İdarəsinin inzibati xəta haqqında 11 dekabr 2023-cü il tarixli, EQ 18485586 saylı qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar