Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3129/2023 29.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özü ilə hədiyyə etmək məqsədilə 5 ədəd qol saat və 3 ədəd qolbaq gətirmişdir. Qiymətli əşyalar olmamış, iş üzrə keçirilmiş ekspert rəyi də bunu təsdiq edir. Lakin həmin əşyaları bəyan etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli, 00800-00981/23 saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə J29104 nömrəli İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs müşayiət olunun əl baqajlarını baqaj lentindən götürüb gömrük nəzarətinin “Qırmızı Kanalından” keçərkən bir ədəd iri həcmli nəqliyyat vasitəsinə aid ehtiyyat hissəsi olan baqajı “X-RAY” rentgen aparatına yerləşdirilmiş, lakin müşayiət olunan digər baqajlarını rentgen aparatından keçirmədən çıxış qapısına tərəf yönəlmişdir. Bu hal şübhə doğurduğuna görə sonuncu təkrar yoxlanışa dəvət olunaraq onun müşayiət olunan digər əl baqajları da “X-RAY” rentgen aparatına yerləşdirilmiş elektron qurğunun monitorunda diqqət çəkən cizgilərin olduğu müəyyən edilmiş, bu səbəbdən həmin şəxsin müşayiət olunan əl baqajlarına onun iştirakı ilə yoxlama keçirilmişdir. Yoxlama zamanı sonuncuya məxsus çəhrayı rəngli iki ədəd irihəcmli çemodanlarda sellafon torbalarda olmaqla bölüşdürülərək yerləşdirilmiş, müxtəlif rəngli və ölçülü qablaşdırmalarda gömrük orqanına şifahi, yaxud yazılı şəkildə bəyan edilməyən qol saatları və qolbaqların olduğu müəyyən edilmişdir. Həmin əşyalar olduğu yerdən çıxarılaraq onlara vizual baxış keçirilərkən onların xarici görünüşündən dörd ədədinin sarımtıl və gümüşü metaldan hazırlanan, bir ədədinin isə üzəri şəffaf qaşlarla bəzədilmiş ümumilikdə 4 ədəd “ROLEX” markalı, 1 ədəd gümüşü metaldan hazırlanmış “TAG HEUER” markalı, 1 ədəd sarımtıl metaldan hazırlanmış “Audemar Piguet” markalı qol saatı və 3 ədəd gümüşü metaldan hazırlanmış “ROLEX” markalı qolbaqlar olduğu müəyyən edilmişdir. Şəxs müşayət olunan əl baqajlarında qeyd edilənlərdən başqa hər hansı predmet aşkar edilməmişdir. Faktla əlaqədar başlanmış və hüquqpozma predmeti kimi aşkar edilərək götürülmüş qeyd edilən qol saatları və qolbaqlarla bağlı müvafiq qaydada kompleks məhkəmə texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin edilməklə müvafiq qərar qəbul edilərək ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə olunmuşdur. Həmin qurumdan daxil olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-5/B44/2023 nömrəli məktubda mütəxəssisin ekspert qismində cəlb edilməsi ilə bağlı vəsatət verilmiş və buna uyğun olaraq "xxxx" MMC-yə rəsmi formada məktubla müraciət olunmuş lakin həmin qurumdan sözügedən məktuba cavab Baş İdarəyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Еyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5057- 9/7235-5/1344/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, qeyd edilən vəsatət təmin olunmadığından rəy verilməsi mümkün olmamışdır. "xxxx" MMC-dən daxil olan mütəxəssi rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş mallar həmin brendin standartlarına cavab vermir onların görünüşü, çəkisi, habelə onların daşlarla inkrustasiyası oxşar orjinal saatlardan fərqlidir, həmçinin saatların müxtəlif gizli hissəslərində əmtəə nişanı həkk olunmamışdır, eləcə də predmetlər arasında olan “ROLEX” markalı qolbaqlarla bağlı mütəxəssis rəyində həmin brendin ümumiyyətlə qolbaq istehsalı ilə məşğul olmadığı göstərilmişdir. Mütəxəssis rəyi daxil olduqdan sonra əlavə ekseertiza təyin edilərək yenidən Azərbaycan Ressublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Buna uyğun olaraq daxil olan xx.xx.2023-cü il tarixli 3-16-xx/xx/6258-5/1657-9/9200 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mütəxəssis rəyi ilə müəyyənləşən ekspertiza tədqiqatına təqdim olunan qol saatlarının orjinallığı şübhə doğurur “ROLEX” brendi ümumiyyətlə qolbaq istehsal etmir və həmin malların xx.xx.2023-cü il tarixinə olan orta bazar dəyəri 630 (altı üz otuz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi orta bazar qiyməti 630 manat məbləğində malları gömrük orqanına mütləq bəyan etməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 630 manat məbləğin qırx faizi miqdarında, yəni 252 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan bəyan edilməmiş 4 ədəd “Rolex” markalı, 1 ədəd “Tag Heuer” markalı, 1 ədəd “Audemar Piguet” markalı qol saatı və 3 ədəd “Rolex” markalı qolbaq hazırki qərar qanuni qüvvəyə mindikdən sonra sahibi Şəxs qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında, yəni 252 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin maddi sübut anbarında saxlanılan bəyan edilməmiş 4 ədəd “Rolex” markalı, 1 ədəd “Tag Heuer” markalı, 1 ədəd “Audemar Piguet” markalı qol saatı və 3 ədəd “Rolex” markalı qolbaq hazırki qərar qanuni qüvvəyə mindikdən sonra sahibi Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-3129/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3129/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver