Məhkəmə qərarları › İş №3(003)-3130/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3130/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3130/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə TK 332 İstanbul-Bakı aviareysi ilə gələn, milliyəti azərbaycanlı olan Qırğızıstan Respublikası vətəndaşı Şəxs məxsus olan iki ədəd karton qutu təyyarədən endirilərək bunkerə gətirilib ilkin yoxlamadan keçirilən zaman "Leydi" ləqəbli kinoloji xidmət iti hər iki karton qutuya xüsusi işarə və hərəkətlərlə reaksiya vermiş, bu səbəbdən həmin qutulara qırmızı lent vurularaq yoxlamaya cəlb edilmişdir. Şəxs və onunla birlikdə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı X1 qutuları baqaj lentindən götürüb gömrük nəzarətinin “Yaşıl Kanalından” keçməklə çıxışa tərəf gedərkən onlar gömrük nəzarətinin "Qırmızı Kanalı"na dəvət olunaraq onun əl baqajları "X-RAY" rentgen aparatına yerləşdirilmişdir. Bu zaman həqiqətən də rentgen qurğusunun müşahidə monitorunda şübhəli cizgilərin olduğu müəyyən edilmiş, bu səbəbdən həmin baqajlarda yoxlama aparılmışdır. Yoxlama aparılan zaman Şəxs və X3 adına olan hər iki qutu açılmış, qutuların içərisində müxtəlif kitablarla birlikdə gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, Qırğızıstan Respublikasının aksiz markası ilə markalanmış və qutulara bölüşdürülərərək yerləşdirilmiş 25 blok (250 qutu; 5000 ədəd) üzərində "HEETS PURPLE WAVE", 10 blok (100 qutu; 2000 ədəd) üzərində "HEETS GREEN ZİNG", 6 blok (60 qutu; 1200 ədəd) üzərində "HEETS YELLOW SELECTİON", 5 blok (50 qutu; 1000 ədəd) üzərində "HEETS TURQUOİSE SELECTİON”, 3 blok (30 qutu; 600 ədəd) üzərində "HEETS SUMMER WAVE” və 2 blok (20 qutu; 400 ədəd) üzərində “HEETS AMBER SELECTİON" yazısı olan ümumilikdə 51 blok (510 qutu 10200 ədəd) elektron siqaretlərdə istifadə üçün spesifik tütün məmulatları aşkar edilmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, tütün məmulatlarının aşkar edildiyi qutuların biri Azərbaycan Respublikası vətəndaşı X3 adına olmuşdur. X4 qutunun onun adına vurulmuş baqaj olmasına baxmayaraq qutuların heç birinin ona aid olmadığını, Şəxs ilə Bakı şəhərinə gələrkən Bişkek hava limanında tanış olduğunu, artıq çəkiyə görə əlavə ödəniş alındığından sonuncunun xahişi ilə qutulardan birinin onun adına təyyarənin baqajına verildiyini bildirmişdir. Şəxs qeyd edilən faktı təsdiqləyərək, həqiqətən də qutuların, eləcə də siqaretlərin özünə aid olduğunu, artıq çəkiyə görə əlavə ödəniş alındığından onun xahişi ilə qutulardan birinin Samir Qədirovun adına təyyarənin baqajına verildiyini bildirmişdir. Faktla əlaqədar araşdırma başlanmış və hüquqpozma predmeti kimi aşkar edilərək götürülmüş Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış tütün məmulatı olan siqaretlər onların istifadəyə yararlığı, eləcə də həmin tütün məmulatlarının və smart qol saatının xx.xx.2023-cü il tarixinə olan orta bazar dəyərinin müəyyən edilməsi məqsədilə kompleks məhkəmə bioloji və Əmtəəşünaslıq, həmçinin smart qol saatına münasibətdə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olan xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1627- 9/9047 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası ilə markalanmayan tütün məmulatları zavod üsulu ilə hazırlanmış, keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur və xx.xx.2023-cü il tarixə olan orta bazar dəyəri təxminən 2805 (iki min səkkiz yüz beş) manat təşkil etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00800-00975/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək məhkəmədən barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1627-9/9047 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş adları və sayları №1 də göstərilmiş zavod üsulu ilə hazırlanmış tütün məmulatlarının keyfiyyət göstəriciləri standard tələblərinə uyğundur. Ekspertiza tədqiqatına təqdim edilmiş tütün məmulatlarının xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2805,0 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli, 00800-00852/23 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təzə vəziyyətdə **********51039 İMEİ kodlu, 45mm ölçülü, “A2985” model, “Apple 9” markalı qol saatının xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 1650,00 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 00800-00852/2023 nömrəli material üzrə Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati araşdırma aparılmış, əl çantasında olan **********51039 İMEİ kodlu “APPLE 9” markalı, “A2985” modelli smart qol saatı özünə qaytarılmış, gömrük nəzarətinə bəyan etmədiyi, aparılmış təhqiqatdan sonra 483 qutu qalan siqaret isə təyinatı məsələsi inzibati xəta haqqında iş üzrə qəbul ediləcək yekun qərarla həll edilənədək Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə TK 332 İstanbul-Bakı aviareysi ilə gələn, milliyəti azərbaycanlı olan Qırğızıstan Respublikası vətəndaşı Şəxs məxsus olan iki ədəd karton qutu yoxlamadan keçirilən zaman gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, Qırğızıstan Respublikasının aksiz markası ilə markalanmış və qutulara bölüşdürülərərək yerləşdirilmiş 25 blok (250 qutu; 5000 ədəd) üzərində "HEETS PURPLE WAVE", 10 blok (100 qutu; 2000 ədəd) üzərində "HEETS GREEN ZİNG", 6 blok (60 qutu; 1200 ədəd) üzərində "HEETS YELLOW SELECTİON", 5 blok (50 qutu; 1000 ədəd) üzərində "HEETS TURQUOİSE SELECTİON”, 3 blok (30 qutu; 600 ədəd) üzərində "HEETS SUMMER WAVE” və 2 blok (20 qutu; 400 ədəd) üzərində “HEETS AMBER SELECTİON" yazısı olan ümumilikdə 51 blok (510 qutu 10200 ədəd) elektron siqaretlərdə istifadə üçün spesifik tütün məmulatları aşkar edilmişdir. xx.xx.2023cü il tarixli, 3-16-16/2-7/1627-9/9047 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası ilə markalanmayan tütün məmulatları zavod üsulu ilə hazırlanmış, tütün məmulatlarının keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur və xx.xx.2023-cü il tarixə olan orta bazar dəyəri təxminən 2805 (iki min səkkiz yüz beş) manat təşkil etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 25 blok (250 qutu; 5000 ədəd) üzərində "HEETS PURPLE WAVE", 10 blok (100 qutu; 2000 ədəd) üzərində "HEETS GREEN ZİNG", 6 blok (60 qutu: 1200 ədəd) üzərində "HEETS YELLOW SELECTİON", 5 blok (50 qutu; 1000 ədəd) üzərində "HEETS TURQUOİSE SELECTİON", 3 blok (30 qutu; 600 ədəd) üzərində “HEETS SUMMER WAVE” və 2 blok (20 qutu; 400 ədəd) üzərində “HEETS AMBER SELECTİON" yazısı olan ümumilikdə 51 blok (510 qutu 10200 ǝdǝd, təhqiqatdan sonra qalan 483 qutu) elektron siqaretlərdə istifadə üçün spesifik tütün məmulatları müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar