Məhkəmə qərarları › İş №3(003)-318/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-318/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-318/2023 07.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) nümayəndəsi və vəkili X2 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 17575.00 Avro məbləğində vəsaiti 28 Dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 17575.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 29 Dekabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla əlaqədar "xxxx" MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında EP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X5 bildirdi ki, xx.xx.2020-ci il tarixində X7 Ürünleri A.Ş şirkətindən müqavilə N-20201223, xx.xx.2020-ci il tarixli, CC201207156 əsasən 17575EURO köçürdmüşdür. xx.xx.2021-ci il tarixində X6 Mineral Premix yem əlavəsi 47500 kq idxal olunmuşdur. YGB rəsmiləşdirilməsi Cənubi Baş Gömrük İdarəsində olunmuşdur. YGB ******************.50 EURO, YGB ******************.50 EURO səhvən YGB ikisində də xx.xx.2020-ci il tarixli N-20201225 nömrəli müqavilələr göstərilmişdir. Həmin YGB-nın düzəlişi haqqında onlar Cənub Baş Gömrük İdarəsinə rəsmi müraciyyət ünvanlamışlar. YGB-lərin bəyan olunan kimi qəbul edilməsi xahiş edilmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmiş. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Paşa Bank ASC-yə ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixində X7 Ürünleri A.Ş şirkətindən müqavilə N-20201223, xx.xx.2020-ci il tarixli, CC201207156 əsasən 17575EURO köçürdmüşdür. xx.xx.2021-ci il tarixində X6 Mineral Premix yem əlavəsi 47500 kq idxal olunmuşdur. YGB rəsmiləşdirilməsi Cənubi Baş Gömrük İdarəsində olunmuşdur. YGB ******************.50 EURO, YGB ******************.50 EURO səhvən YGB ikisində də xx.xx.2020-ci il tarixli N-20201225 nömrəli müqavilələr göstərilmişdir. Həmin YGB-nın düzəlişi haqqında onlar Cənub Baş Gömrük İdarəsinə rəsmi müraciyyət ünvanlamışlar. YGB-lərin bəyan olunan kimi qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2021-ci tarixdə DSA TARİM ÜRÜNLERİ А.Ş şirkətindən idxal edilmiş iki maşın yem əlavəsi:YGB **********0720, YGB **********0744. Mallar idxal olunub xx.xx.2020 tarixli Azəri Taxıl MMC-DSA TARİM ÜRÜNLERİ A.Ş müqavilə N- 20201223, CC ********* əsasən, lakin YGB səhvən yazılmışdır. xx.xx.2020-ci il tarixli müqavilə N- ********. YGB **********0720 və YGB **********0744 düzəliş edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş sənətdən görünür ki, X1 AG vasitəsi ilə Paşa Bank hesabına 17575 Avro vəsait köçürülmüşdür. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC 17575.00 Avro məbləğində vəsaiti 28 Dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və hazırda həmin pul vəsaiti müqabilində müqavilədə nəzərdə tutlmuş yem əlavəsi ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X3 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin iradəsindən asılı olmayan obyektiv səbəblərdən xaricə köçürülmüş valyuta vəsaitinin müqabilində malın ölkəyə idxal edilməməsi halı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar