Məhkəmə qərarları › İş №3(003)-3202/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3202/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3202/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X10 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X10 bildirdi ki, 2023-cü ilin oktyabr və noyabr aylarında iki fərqli şəxslər polis şöbəsinə müraciət edərək tik-tok sosial şəbəkəsində bir nəfər şəxsin öz telefon nömrəsini paylaşaraq kredit götürülməsində köməklik edəcəyini bildirmişdir. Həmin şəxslər telefon nömrəsi ilə əlaqə saxlayaraq Şəxs köməklik istəmişlər. Şəxs isə köməklik etmək adı ilə onların birindən 146 manat, digərindən isə 60 manat alaraq dələduzluq etmişdir. Hazırda tərəfindən müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətaları törətdiyini etiraf edərək izahatında bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşı kimi internet səhifəsində paylaşım edərək kredit verilməsində köməklik göstərəcəyini bildirmiş və onunla əlaqə saxlayan şəxslərdən komissiya kimi pullar almışdır. Bu formada 3 nəfər şəxsdən pul almışdır. Pulları qaytarmamış, lakin qaytarmağa razıdır. Hazırda törətdiyi əməldən peşmandır, özünü təqsirli bilir və ona yüngül inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Müvafiq müddəanın qeydinə əsasən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs oğurlama yolu ilə özgəsinin əmlakını talamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 DİN-nin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayəti işinin başlanmasının rədd edilməsi, hadisəni törədən naməlum şəxsin əməlində AR İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yaradığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, aparılmış təhqiqatla müəyyən edilmişdir ki, sosial şəbəkədə naməlum şəxsən kredit götürmək məqdsədi ilə 055 ***-**-** saylı nömrə ilə əlaqə saxlanıldığını və təqdim edilmiş Kapital Banka məxsus 4169-7388-4626-4285 saylı kart hesabına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində, Avtomartda mpay vasitəsi iki dəfəyə ümumilikdə 60 manat pul vəsaiti mədaxil edilmiş, lakin sonradan şəxsiyyəti məlum olmayan şəxsin verdiyi vədə əməl etməyib sonuncunun etibarından sui-istifadə edib əvəzsiz və qanunsuz olaraq 60 (altmış) manat pulunu ələ keçirməklə mənimsəmişdir. -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X7 aldatmış şəxsin əməlində cinayət tərkibi yaradacaq əsas və səbəblər olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, X8 aldatmış şəxs əməli ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilən hadisəni törətdiyi üçün əməli törətmiş şəxs müəyyən edilməsi, təqsirliyi sübuta yetirildikdən sonra barəsində göstərilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X3 RPİ-nin 3-cü polis şöbəsinə izahat verərək hadisə nəticəsində ona 146 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokola münasibət bildirərək hesab edir ki, həmin protokol üzrə Şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs, “tik-tok” sosial şəbəkə paylaşım edərək özünü bank işçisi kimi qələmə verməklə kreditin götürülməsinə köməklik göstərəcəyi adı ilə X5 146 manat, X1 isə 60 manat almaqla onların pullarını mənimsəməklə dələduzluq etmişdir. Bu hallar, məhkəmə iclasında özünün etiraf edici izahatı ilə də təsdiq olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbsə nisbətən daha yüngül inzibati tənbeh növündə tənbeh etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X9 X4 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar