Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-322/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən 28 avqust 2022-ci il tarixində, saat 04 radələrində LO 719 saylı Varşava-Bakı aviareysi ilə gələn Şəxs məxsus çamadanın üzərində təkrar yoxlama keçirilməsi üçün yapışqanlı qırmızı lent vurulmuşdur. Şəxs çamadanını baqaj lentindən götürərək "yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonaısnı tərk edərkən saxlanılmış və çamadana baxış keçirilməsi üçün “qırmızı kanal” buraxılış sisteminə yönləndirilmişdir. Şəxs məxsus göy rəngli çamadan yenidən rentgen qurğusundan keçirilmiş, qurğunun monitorunda şübhəli təsvirlər əks olunduğuna görə, müvafiq qanunvericiliyə uyğun olaraq həmin çamadana və əl çantasına video çəkilişdən istifadə edilməklə təkrar yoxlama aparılmışdır. Yoxlama zamanı, Şəxs məxsus üzərində “Monza” sözü yazılmış göy rəngli çamadanın içərisində yerləşən qara rəngli üzərində “HP” yazılan notebook çantasının içərisində olan kompüterin keysinin içərisində yerləşən disk oxuyucusu ilə ana platanın arasında gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bağlama aşkar edildi. Bağlamaların birində 4 ədəd, digər bağlamada isə 5 ədəd, bundan əlavə isə 3 ədəd açıq vəziyyətdə, ümumilikdə isə 12 ədəd “Kingston KTH-PL313E/8g” markalı RAM, həmin keysin içərisində yerləşən ana platanın altında gizlədilmiş 30 ədəd kompüter prosessoru, keysin içərisində olan sistem blokun içində gizlədilən 69 ədəd kompüter prosessoru və həmin şəxsə məxsus qara rəngli üzərində “DİCOTA” sözü yazılmış bel çantasının içərisində olan disk oxuducusunun içərisində isə gömrük nəzarətindən gizlədilmiş 22 ədəd kompüter prosessoru və gömrük orqanına bəyan olunmamış 1 ədəd “Microsoft Surface Pro8” markalı planşet aşkar edildi. Aşkar edilən 121 ədəd kompüter prosessoru, 12 ədəd “Kingston KTH-PL313E/8g2 markalı RAM və 1 ədəd “Microsoft Surface Proğ8” markalı planşet protokol əsasında götürülmüşdür. xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd olunan malların əmtəəşünaslıq ekspertizasından keçirilməsindən ötrü 1900-013/0xx-xx/003420 nömrəli məktubla, komputer-texniki ekspertizasından keçirilməsindən ötrü 1900-013/0xx-xx/003419 nömrəli məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli 5/1056 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Microsoft Surface Pro8” markalı planşet və 12 ədəd ram istifadəyə yararlı olduğu, 121 ədəd prosessorun isə istifadəyə yararlı olub-olmamasını müvafiq ana platalara qoşmaqla müəyyən etmək mümükün olduğu və təqdim edilən platalara uyğun ana plataların olmaması səbəbindən istifadəyə yaralı olub-olmadığını müəyyən etmək mümükün olmadığı, xx.xx.2022-ci il tarixli 9/6378 nömrəli ekspert rəyinə əsasən 1 ədəd “Microsoft Surface Pro8” markalı planşet və 12 ədəd ramın ümumilikdə xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti təxminən 2720 manat olduğu. 121 əbəd prosessorun dəyərinin isə qeyd olunmadığı müəyyən edilmişdir. Araşdırılan iş üzrə 121 ədəd prosessorun orta bazar qiyməti mühüm əhəmiyyət kəsb etdiyindən qeyd olunan malların təkrar ekespetizadan keçirilməsi üçün xx.xx.2023-cü il tarixli 1900-013/0xx-xx/004609 nömrəli məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixli 9/8291 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş 121 ədəd müxtəlif modelli kompyuter prosessorlarının xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 4840 manat müəyyən edilmişdir. Beləliklə Şəxs gömrük orqanına bəyan etmədiyi və gömrük nəzarətindən gizlədilməklə keçirmək istədiyi malların ümumi dəyəri 7560 manat təşkil etmişdir. Bu barədə Şəxsnın barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən 31 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 18 fevral 2023-cü il tarixdə Şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 2022-ci il avqustun 27-dən 28-nə keçən gecə Polşadan Bakıya gələrkən, baqajı Beynəlxalq hava limanından götürərkən üstündə qırmızı lent görmüş və nə olduğunu soruşmaq üçün birinə yaxınlaşmışdır. Ona yoxlanışdan keçmək lazım olduğunu bildirmişlər. Yoxlanış olan zaman, printer adlı cihazda xırda qurğular göründüyü bildirildi ve baqaj yoxlanıldı, bu xırda qurğular ona printer adı ilə özünü Pərviz Tağıyev kimi təqdim edən şəxs tərəfindən Polşada verilən cihazın içində gizlədilmişdir. Həmin şəxs mənə sözügedən qurğular barədə öncədən heç bir məlumat verməmiş və sadəcə printer olduğunu bildirmişdir. Gömrükdə onun üçün izahat yazarkən gömrük əməkdaşları onun bacısı üçün aldığı planşeti də götürdülər və deməyinə baxmayaraq ki, bu özünündür və bəyan etmək istəyir. Onlar bildirmişlər ki, problem olduğu üçün bütün elektronik məhsulları gömrüyün təhqiqat şöbəsində gedib yoxlanılmalıdır və əgər rüsumu varsa sonradan ödəyib götürə bilər, planşet olduğu üçün heç bir problem olmayacaq. Səhəri gün printeri Azərbaycanda təhvil alacaq olan şəxs ilkin Tağıyevlə birlikdə gömrük təhqiqat şöbəsinə getmiş və izahat vermişlər, təhqiqat zamanı da bir daha aydın olmuşdur ki, printer ona aid deyil sadəcə gələrkən baqajında 2-3 kq boş yer olmuş, “facebook”da Polşada yaşayan Azərbaycanlılar qrupunda yazıb bildirmişdir ki, çantasında biraz yer var nəsə göndərmək istəyən olsa xəbər edər və kiçik məbləğ qarşılığında sənəd və s. apara bilər. Bu adam da ona yazdı ki, “mən göndərmək istəyirəm” və səhəri gün görüşüb printeri götürmüşdür. Hətta printeri götürən də belə, ona bildirdi ki, “kiçik ikinci əl printeridir, qohumuna dərslə bağlı lazımdır deyə göndərir”. Təhqiqat zamanı ondan printeri Azərbaycanda götürməli olan şəxs ilkin Tağıyev gəlmiş və izahatında yazmışdır ki, printer ona aiddir. Olan onun planşetinə olmuş, gömrük təhqiqat şöbəsində bildirmilər ki, “rüsum hava limanında ödənilməli idi, burda yox”, “sənin hava limanında izahatını yazan şəxs sən bildirərkən rüsumu ödəmək istədiyini planşeti izahatdan çıxarıb rüsumu sənə bildirməliydi”. Belə olan halda planşeti də printerlə yanaşı təhqiqatda qalmışdır. İşə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Printerin ona aidiyyatı olmadığını, printerin və daxilində gizlədilmiş avadanlıqların müsadirə olunması, planşetin isə qanuni gömrük rüsumunun ödənilməklə ona qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Şəxs və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 5/1056 saylı ekspert rəyindən görünür ki, 1.Təqdim edilmiş bir ədəd “Microsoft Surface Pro8” markalı “1983” modelli kompütet (Laptop) aktivləşdirilməyib və hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararldır. 2.Təqdim edilmiş 12 ədəd “Kingston 8GB” markalı əməli yaddaş qurğusu olan “RAM” hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararldır. 3.Təqdim edilən 121 ədəd kompüter sistem bloklarında istifadə üçün nəzərdə tutula prosessorların işlək vəziyyətdə olmasını onların hər birini müvafiq tezliklərə uyğun ola kompüter ana platalarına qoşmaqla müəyyən etmək mümkündür. İstintaq tərəfindən tədqiqat qeyd olunan prosessorların qoşulması üçün uyğun gələn ana plataların təqdim edilməmə səbəbindən onların işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək üzrə tədqiqat işlə aparmaq mümkün olmadı. 4.Təqdim edilən bir ədəd “Microsoft Surface Pro8” markalı “1983” modelli, 12 əd “Kingston 8GB” markalı əməli yaddaş qurğusu olan “RAM” və 121 ədəd kompüte prosessorlarının yeni olub-olmaması üzrə tədqiqat aparmaq məhkəmə kompüter-texni ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sualın müvafiq hissəsinə cavab verilmədi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/6378 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların ümumilikdə xx.xx.2022-ci il tarıxə orta bazar qiyməti təxminən 2720,00 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Kompyuter prosessorunun texniki göstəriciləri məlum olmadığından onlar üzrə qiymətləndirmə aparılmaq mümkün olmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/8291 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş, istifadəyə yararlı olduğu halda “İntel” markalı, müxtəlif modelli kompyuter prosessorlarının xx.xx.2022-ci il tarıxə 1 ədədinin ortalama orta bazar qiyməti təxminən 40,00 manat, 121 ədədinin qiyməti isə 4840,00 manat müəyyən edilir. İş materiallarında olan Şəxsnın xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, malların müsadirə edilməsini, planşetin isə qanuni gömrük rüsumunun ödənilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini və Şəxs bağlamaların müsadirə olunmasını xahiş etməsini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olan inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə olunmalıdır. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 53,65 manat və 100 manat , ümümilikdə 153,65 manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 26, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddəsi ilə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan 7560 (yeddi min beş yüz altmış) manat təşkil edən, ümumilikdə 121 ədəd kompüter prosessoru, 12 ədəd “Kingston KTH-PL313E/8g2 markalı RAM və 1 ədəd “Microsoft Surface Proğ8” markalı planşet müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 153,65 manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-322/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-322/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver