Məhkəmə qərarları › İş №3(003)-322/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-322/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-322/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs bir uşağın saxlanılması üçün hər 122 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 2010-cu ilin oktyabr ayından icra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icra tədbirləri davam etdirilir. Həmin icra sənədi üzrə tələb Şəxs tərəfindən yerinə yetirilmədiyinə görə əvvəllər dəfələrlə barəsində tədbirlər görülmüş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən Şəxs tutulan alimentin miqdarı artırılaraq ondan Zərərçəkmiş şəxs xeyrinə hər ay 220 manat sabit məbləğində aliment tutulmalıdır. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş, bundan sonra icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü ödənilməsi barədə bildiriş rəsmi qaydada Şəxs təqdim olunmuşdur. İzahatında həmçinin bildirdi ki, birinci icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə 500 manat, sonra 2023-cü ilin fevral ayında 225 manat fevral, oktyabr ayında isə 50 manat və 200 manat məbləğində ödənişlər etmiş, yeni icra vərəqəsi əsasında heç bir ödəniş olmamışdır. Hazırda hər iki icra sənədi üzrə borcun məbləği 4301 manat təşkil edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs dəfələrlə alimenti ödəməsi barədə bildirmiş, lakin artıq bu yalanlara inanmır. Şəxs bir dəfə də olsa öz uşağı ilə maraqlanmamışdır. Ona sonuncu dəfə 2023-cü ilin oktyabr ayında 250 manat ödəniş etmişdir. Hazırda Şəxs cəzalandırılmasını tələb edir. Hazırda 300 manat qəbul etmir, bu gün üçün 3000 manat məbləğində ödəniş edəcəyi təqdirdə şikayətinin olmayacağını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, məhkum olduğuna görə və bu səbəbdən ayağında qolbaq olduğundan işləyə bilmir. İcra vərəqələri barədə məlumatı var. Hazırda Zirə qəsəbəsində iş tapmış və işləyir. Bundan sonra ödəniş edəcək, hətta bundan sonra hər ay 500 manat məbləğində ödənişlər edəcəkdir. İş materiallarına əlavə edilmiş: -MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1562/2010 saylı, xx.xx.2010-cu il tarixli və 2(003)-1818/23 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələri Şəxs Zərərçəkmiş şəxs 4103 manat aliment ödəməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1562/2010 saylı, xx.xx.2010-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Cəsur Cəbrayıllının yetkinlik yaşına çatanadək Şəxs hər ay 72 manat sabit pul məbləğində aliment, əlavə xərclərə görə hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1818/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1562/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla xx.xx.2010-cu il təvəllüdlü Cəsur Cəbrayıllının yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə müəyyən olunur ki, Şəxs icra sənədləri üzrə ödəməli olduğu aliment məbləğlərini ödəmədiyindən onun cəmi 4301 manat məbləğində borcu yaranmış və həmin borcun ödənilməsinin ondan tələb olunmasına baxmayaraq o, həmin borcu ödəməkdən yayınmışdır. Həmçinin iş materiallarından görünür ki, icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, Lakin heç bir nəticə əldə olunmamışdır. İcra məmuru tərəfindən icra şöbəsinə gəlməsi barədə çağırışlarından yayındığına görə barəsində bir neçə dəfə axtarış elan olunmuşdur. Həmçinin icra işindən görünür ki, Şəxs, əvvəllərdə xx.xx.2010-cu il tarixli icra sənədi üzrə tələbin ödənilməsindən yayındığına görə o, məhkəmə qərarı əsasında inzibati məsuliyyətə cəlb olunmuşdur. Onun tərəfindən xx.xx.2010-cu il tarixli icra sənədi üzrə ödəniş sonuncu dəfə 2023-cü ilin oktyabr ayında olmuş, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə isə heç bir ödəniş aparılmamışdır. Bununla da müəyyən olunur ki, Şəxs icra sənədləri üzrə yaranmış borcunu icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Belə ki, icra sənədləri üzrə tələblər bir uşaq üçün ödənilməli olan alimentdən ibarət olmaqla həmin alimentin ödənilməməsi üçün onun tərəfindən əsaslı səbəblərin olması müəyyən edilməmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment borc öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X4 X2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar