Məhkəmə qərarları › İş №3(003)-329/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-329/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-329/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nəsrəddinovnanın iştirakı ilə xx xxxxxx 1964-cü ildə X2 MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Aviasiya Akademiyasında xadimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Binə qəsəbəsi yeni yaşayış sahəsində fərdi evdə yaşayan Şəxs Nəsrəddinovnanın barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs Nəsrəddinovna xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında gəliniX7nı mübahisə zəminində döymüşdür. Bununla əlaqədar Şəxs Nəsrəddinovna barəsində Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta törətmiş X7 ərizə ilə məhkəməyə müraciət edərək ailə məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, ailələrində anlaşılmazlıq baş vermiş və bununla əlaqədar o, qaynanasından şikayət etmişdir. Hazırda Şəxs Nəsrəddinovna ilə barışmışdır və onunla birlikdə eyni evdə yaşayır. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhəri RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, X3 oğlu X1 arvadıdır. Təxminən iki il əvvəl Naira onun oğlu ilə ailə qurub onun evinə köçdükdən sonra narazılıqlar başlamış, Nairə dəfələrlə onunla əsassız olaraq mübahisələr etmişdir. Bir müddət əvvəl Naira Dağıstana getmiş və üç ay sonra qayıtmışdır. O, Nairadan nə üçün bu evə qayıtdığını soruşmuş, Naira isə ona bu evdən çıxmağı və başqa evdə yaşamağı demişdir. O, Nairanı boğmamış və onu təpiklə vurmamışdır. Əri əvvəllər bir neçə dəfə Nairanı döymüş və ona xəsarət yetirmişdir. Hazırda o, Nairə ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PB-nin təhqiqatçısı Vüsal Nəsirzadənin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 119 nömrəli rəyindən görünür ki, X5 bədənində aşkar olunmuş xəsarətlər – boynun, sağ budun qançırları, boynun, sağ əlin sıyrıqları küt əşya (əşyalar) tərəfindən törənmiş, törənmə müddətləri 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək inzibati xətanı törətmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edirəm ki, Şəxsbarəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1964-cü ildə X2 MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Aviasiya Akademiyasında xadimə işləyən, ünvan 1 ünvanında qeydiyatda olan, Binə qəsəbəsi yeni yaşayış sahəsində fərdi evdə yaşayan Şəxs Nəsrəddinovna Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və zərər çəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar