Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-33/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuz kökəltmə sovxozu ünvanında qeydiyyatda olan və yaşayan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən tərtib olunmuş 05 dekabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1910,13 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq "xxxx" KB ASCnin xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada cəmi 13,774.85 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1130,03 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4214,02 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs cəmi 12632 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1700 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq X3 ödənilməlidir. xx.xx.2022-ci il tarixdə icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2016- cı il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli axtarış qərarları qəbul edilmişdir. Qeyd olunan icra sənədləri üzrə borcu ödəmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli icra sənədi üzrə digər borclu S.K.Yasinov tərəfindən 158,82 ABŞ dolları, Şəxs tərəfindən isə 349 manat məbləğində ödəniş edilmişdir. Hazırda Şəxs icra sənədləri üzrə ümumi borcu 27571,91 ABŞ dolları və 4810,15 manat təşkil edir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, borclardan yayınmamış və icra sənədləri üzrə hər ay qismən də olsa ödənişlər etmişdir. Məhkəmə tərəfindən ona vaxt verilsə ödənişlər barədə qəbzləri təqdim edəcəkdir. Məhkəmə tərəfindən Şəxs ödəniş qəbzlərini təqdim etməsi vaxt verilərək işə baxılması xx.xx.2022-ci il tarixə saat 11:00-a təxirə salmışdır. Şəxs qeyd olunan vaxtda məhkəmə iclasına gəlmədiyinə görə məhkəmənin baxış iclası xx.xx.2022-ci il tarixə saat 11:00-a təxirə salınmış və məhkəmə iclasının vaxtı barədə ona rəsmi qaydada məlumat verilmişdir. Lakin Şəxs həmin tarixdə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1913/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs məhkəməyə məcburi gətirilməsi qərara alınaraq qərarın icrası Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nə tapşırılmış və iş üzrə icraat dayandırılmışdır. Lakin həmin qərarın icrası Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ tərəfindən uzun müddət təmin edilməmiş və Şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, icra vərəqələr üzrə hal-hazıra qədər borclunun tələbkarlara 4810,15 (dörd min səkkiz yüz on, on beş) manat və 27571,91 (iyirmi yeddi min beş yüz yetmiş bir, doxsan bir) ABŞ dolları borcu ödənilməmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, uzun müddət işsiz olduğuna görə aliment məbləğini ödəyə bilməmiş, buna görə də çağırışlardan yayınmışdır. Lakin borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. İcra vərəqələri üzrə tələbkarlara hissə-hissə ödənişlər etmiş və bunu təsdiq edən qəbzləri məhkəməyə təqdim etmişdir. Hazırda işləmədiyi və maddi imkansızlığı üzündən borc məbləğlərini hələlik tam ödəyə bilmir, lakin bundan sonra hər ay müntəzəm surətdə hissə-hissə olmaqla ödənişlər edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə MN № ******* saylı inzibati xəta haqqında protokol 05 dekabr 2022-ci il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, inzibati xətanın törədildiyi gün 05 dekabr 2022-ci il tarixdən əvvəl olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə, inzibati xətanın törədildiyi günü 05 dekabr 2022-ci il tarixdən əvvəl hesab edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən inzibati xətanın törətdiyi gündən altı aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-33/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-33/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver