Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-33/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında həmin idarənin rəisi X10 tərəfindən MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən "xxxx" MMC-nin direktoru kimi Ü.Baxşəliyevə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati tənbeh tətbiq edən orqan həmin qərarı X5 xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozularaq, artıq iş saatına cəlb edilməsinin məlum olması ilə əsaslandırmışdır. Şikayətçi hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqında qərar qanunsuz və əsassızdır. Belə ki, DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokolu üzrə inzibati xəta haqqında işə həmin İdarədə şikayətçinin iştirakı olmadan baxılmışdır və işə baxılmasından onun heç bir məlumatı olmamışdır. Bu səbəbdən də, inzibati xəta haqqında işə baxılmasında iştirak etmədiyindən, qeyd olunan faktın təkzib edilməsi ilə bağlı heç bir izahat və dəlil təqdim edə bilməmiş və özünümüdafiə hüququndan məhrum olmuşdur. Poçt zərfindən də görünür ki, inzibati xəta haqqında işə xx.xx.2023-cü cü il tarixdə baxılması barədə bildiriş "xxxx" MMC-nə xx.xx.2023-cü tarixdə daxil olmuşdur Həmçinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar da xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə daxil olmuşdur. Həmçinin qeyd edilməlidir ki, işçi X7 "xxxx" MMC-də mağaza inzibatçısı vəzifəsində işləmiş və öz ərizəsinə əsasən işdən azad olunmuşdur. İşçinin xx.xx.2023-cü il tarixdə iş vaxtından artıq işə cəlb olunması ilə bağlı heç bir fakt yoxdur və işçi faktiki olaraq, iş vaxtından artıq işə cəlb olunmayıb. 2023-cü ilin may ayı üçün işçi R.Q.İsmayılova əməkhaqqı hesablanarkən, xx.xx.2023-cü il tarixinə dair iş saatı, qısaldılmış iş günü üzrə, yəni 6 saat hesablanmışdır. X9 Xidmətinə göndərilmiş iş vaxtının uçotu cədvəlində isə yanlışlıqla həmin tarixə aid iş saatları 7 saat kimi qeyd olunmuşdur. Müqaviləyə əsasən işçi həftə ərzində 40 saatdan artıq işləyə bilməz. Həftənin bazar ertəsi-cümə günləri 7 saat, şənbə günləri 5 saat işləmişdir. Bazar günləri isə istirahət günü olmuşdur. Hazırda təqdim edilən 2023-cü ilin may ayına aid iş vaxtınının uçotu cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdə işçi X5 iş saatları 6 saat təşkil edir, yəni həmin gün qısaldılmış iş günü kimi nəzərə alınmışdır. Əməkhaqqının hesablanması barədə cədvəldən görünür ki, 2023-cü ilin may ayı üçün ödənilən avans əməkhaqqı hesablanarkən işçi R.Q.İsmayılovun 1-15 may tarixləri aralığında iş saatı ümumilikdə 79 saat təşkil etmişdir. Ona görə də qeyd etmək istəyirəm ki, hazırki fakt üzrə heç bir inzibati xəta hadisəsindən söhbət gedə bilməz və ümumiyyətlə AR İXM-in 198.1.5-ci maddəsinin tərkibi və inzibati xəta hadisəsi yoxdur. Tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar, sadəcə olaraq, texniki səhv olmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi Günel Babaxanova tərəfindən qəbul edilmiş 04 sentybar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, "xxxx" MMC-də mağaza inzibatçısı vəzifəsində işləyən X5 08 may 2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozularaq artıq iş saatına cəlb edidiyi müəyən edilmiş və bu səbəbdən "xxxx" MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 04 sentyabr 2023-cü il tarixli bildirişindən görünür ki, "xxxx" MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə tərtib edimiş protokol üzrə işə baxılması 06 sentybar 2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. İş materiallarına əlavə edilmiş zərfdən görünür ki, qeyd edilən bildiriş 11 sentyabr 2023-cü il tarixdə Ultratek” MMC-nin direktoru X3 təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Rüfət Əliyev tərəfindən qəbul edilmiş 06 sentybar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan iş vaxtının uçotu cədvəlindən görünür ki, "xxxx" MMC-də mağaza inzibatçısı vəzifəsində işləyən X7 08 may 2023-cü il tarixdə onun iş saatının həcmi 6 saat təşkil etmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X5 2023-cü ilin may ayı üzrə yarım aylıq maaşı 487,28 manat təşkil etmişdir. Məhkəmə ilk olaraq X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi şikayətçi ilk olaraq 12 sentyabr 2023-cü il tarixdə yəni qanunvericiliklə nəzərdə tutulmuş müddət bitməmiş adıçəkilən qərardan şikayət ilə Xəzər rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 3(003)-2462/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə X4 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmış və ona göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Həmin qərardad Ü.Baxşəliyevə poçt vasitəsi ilə rəsmi olaraq 05 oktyabr 2023-cü il tarixdə çatdırılmışdır. Həmin tarixdə şikayətçi qərardaddakı nöqsanları aradan qaldırmaqla növbəti dəfə şikayət ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk olaraq qeyd edir ki, şikayətçi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati xəta haqqında protokola inzibati orqanda baxılarkən şəxsin iştirakı təmin edilməmiş, onun barəsində iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki şikayətçinin iştirakı təmin olunacağı təqdirdə o, məhkəməyə təqdim etdiyi sübutları inzibati orqana da təqdim edə bilərdi, belə olacağı təqdirdə isə qeyd edilən halın araşdırılması daha obyektiv aparılaraq əmələ düzgün hüquqi qiymət verilə bilərdi. Belə ki, şikayətçinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, "xxxx" MMCdə mağaza inzibatçısı vəzifəsində işləmiş X5 08 may 2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozularaq artıq iş saatına cəlb edidiyi müəyən edilməsi səbəbi ilə "xxxx" MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası 198.1.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola baxılması 06 sentybar 2023-cü il tarixə saat 11:00-a təyin edilmiş və bu barədə bildiriş barəsində protokol tərtib edilmiş şəxsə göndərilmişdir. Həmin bildiriş Ü.Baxşəliyevə 11 sentyabr 2023-cü il tarixdə rəsmi olaraq çatdırılmışdır. 06 sentyabr 2023-cü il tarixdə isə Ü.Baxşəliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi şikayətçiyə onun barəsində tərtib edilmiş inzibati protkola baxılması ilə bağlı bildirş rəsmi çatdırılmadan o, inzibati qaydada tənbeh edilmişdir. Bildiriş qərar qəbul edildikdən 5 gün sonra çatdırıldığından şikayətçi sübutları orqana təqdim edə bilməmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi sənədlərdən həmçinin görünür ki, 2023-cü ilin may ayı üçün işçi Rza İsmayılova əməkhaqqı hesablanarkən, xx.xx.2023-cü il tarixinə dair iş saatı, qısaldılmış iş günü üzrə, yəni 6 saat hesablanmışdır. X9 Xidmətinə göndərilmiş iş vaxtının uçotu cədvəlində isə həmin tarixə aid iş saatları 7 saat kimi qeyd olunmuşdur. Müqaviləyə əsasən işçi həftə ərzində 40 saatdan artıq işləyə bilməz. Həftənin bazar ertəsi-cümə günləri 7 saat, şənbə günləri 5 saat işləmişdir. Bazar günləri isə istirahət günü olmuşdur. 2023-cü ilin may ayına aid iş vaxtınının uçotu cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdə işçi X5 iş saatları 6 saat təşkil edir, yəni həmin gün qısaldılmış iş günü kimi nəzərə alınmışdır. Əməkhaqqının hesablanması barədə cədvəldən görünür ki, 2023-cü ilin may ayı üçün ödənilən avans əməkhaqqı hesablanarkən işçi R.Q.İsmayılovun 1-15 may tarixləri aralığında iş saatı ümumilikdə 79 saat təşkil etmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilənlər, yəni verilən məlumatın texniki səhv olub-olmaması, əmək haqqı məbləğinin göstərilən iş saatına uyğun düzgün hesablanıb-hesablanmaması orqan tərəfindən araşdıralmamışdır. Habelə işçi Rza İsmayılovun hüquqlarının pozulması faktının müəyyən edilməsi məqsədi ilə onun izahatı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-33/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-33/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver