Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-334/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 A mənzil 10 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx xxxxxx 2021-ci il tarixdə saat 11:40 radələrində sürücü X4 idarə etdiyi “Hyundai” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobli Pirallahı Zirə yolunda, Mərkəz-Şəhər istiqamətində bir istiqamətli 2 zolaqlı yolu sağdan 1-ci zolağı ilə saatda 90-100 km sürətlə hərəkətdə olan zaman, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə eyni istiqmətdə, eyni zolaqda qarşıda hərəkətdə olan sürücüsü X2 idarə etdiyi məxsus “VAZ 212112-Niva” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlın avtomobilin arxa sol tərəfinə çırpılmışdır, toqquşmadan sonra sürücü X4 idarə etdiyi “Hyundai” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilini sol istiqamətdə yönəldərək, yolun sağdan ikici zolağına daxil olmuşdur, bir qədər arxada hərəkətdə olan yolun ikini zolağında öz yolunda hərəkətdə olan sürücüsü X3 idaqrə etdiyi “Mersedes” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ tərəfi ilə sürücü X4 idarə etdiyi “Hyundai” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sol tərəfinə çırpılmış, nəticədə X5 və X7 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi “Hyundai” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobli Pirallahı Zirə yolunda, Mərkəz-Şəhər istiqamətində saatda 90-100 km sürətlə hərəkətdə olan zaman, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə eyni istiqmətdə, eyni zolaqda qarşıda hərəkətdə olan sürücüsü X2 idarə etdiyi məxsus “VAZ 212112-Niva” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlın avtomobilin arxa sol tərəfinə çırpılmışdır, toqquşmadan sonra idarə etdiyi “Hyundai” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilini sol istiqamətdə yönəldərək, yolun sağdan ikici zolağına daxil olmuşdur, bir qədər arxada hərəkətdə olan yolun ikinci zolağında öz yolunda hərəkətdə olan sürücü X3 idaqrə etdiyi “Mersedes” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ tərəfi ilə idarə etdiyi “Hyundai” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sol tərəfinə çırpılmış, nəticədə X5 və X7 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2021-ci il tarixli, 40 saylı rəyində görünür ki, X2 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşatiət olunan sol aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2021-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2021-ci il tarixli, 53 saylı rəyində görünür ki, X1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, alın nahiyyəsinin əzilmiş yarası, sol üst göz qapağının, hər iki dizin qançırları, hər iki diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2021-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan müəyyən olunur ki, xx xxxxxx 2021-ci il tarixdə saat 11:40 radələrində sürücü X4 idarə etdiyi “Hyundai” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobli Pirallahı Zirə yolunda, Mərkəz-Şəhər istiqamətində bir istiqamətli 2 zolaqlı yolu sağdan 1-ci zolağı ilə saatda 90-100 km sürətlə hərəkətdə olan zaman, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə eyni istiqmətdə, eyni zolaqda qarşıda hərəkətdə olan sürücüsü X2 idarə etdiyi “VAZ 212112-Niva” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlın avtomobilin arxa sol tərəfinə çırpılmışdır, toqquşmadan sonra sürücü X4 idarə etdiyi “Hyundai” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilini sol istiqamətdə yönəldərək, yolun sağdan ikinci zolağına daxil olmuşdur, bir qədər arxada hərəkətdə olan yolun ikini zolağında öz yolunda hərəkətdə olan sürücüsü X3 idaqrə etdiyi “Mersedes” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ tərəfi ilə sürücü X4 idarə etdiyi “Hyundai” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sol tərəfinə çırpılmış, nəticədə X5 və X7 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-334/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-334/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver