Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-35/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi, ev 3, korpus G, mənzil 5 olan Şəxs MMC-nin adına 22.09.2021-ci il tarixli **********4631 saylı gömrük bəyannaməsi ilə təqdim edilən ********** saylı aviaqaimə ilə göndərilən 1 yer, brutto çəkisi 33,5 kq., invoys dəyəri 562,50 ABŞ dolları qeyd olunan “Soyuducu nasosları/HV-Update Smc tube cooling unit” adlı yükün və eyni tarixli **********4593 saylı gömrük bəyannaməsi ilə təqdim edilən ********** saylı aviaqaimə ilə göndərilən 1 yer, brutto çəkisi 33,5 kq., invoys dəyəri 624,80 ABŞ dolları qeyd olunan eyni adlı yükün dəyəri şübhə yaratdığı üçün saxlanılmışdır. Buna görədə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 00800-0082/20 nömrəli, 17 aprel 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən avadanlıqaların dəyərinin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş və alınmış ekspert rəyinə əsasən üzərində “SMC İNR-571- 016” markalı, 11321256 modelli təzə tibbi avadanlığın bir ədədinin qiymətinin 27805 manat, iki ədədinin qiymətinin isə 55610 manat olduğu müəyyən edilmişdir. Qeyd edilən yüklərə görə ödənilməli olan vergi və rüsumların dəyəri “Gömrük prosedurları və ödənişləri” şöbəsi tərəfindən hesablanmış və idxal rüsumu 5122,51 manat, ədv 7090,67 manat və əməliyyat haqqı 120 manat olmaqla, ümumilikdə gömrük ödənişlərindən yayınma 12333,18 manat olaraq hesablanmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 00800- 0244/21 nömrəli, 11 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə inzibati xəta haqqında protokolda göstərilən vergi və rüsumların hüquqi şəxs tərəfindən ödənildiyini və bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana rəsmi məlumat verilsədə, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş 24 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, ********** saylı və ********** saylı poçt qaimələri ilə Şəxs MMC-nin adına daxil olmuş ümumilikdə 2 yer, 67 kq-dan ibarət yüklər üçün müvafiq olaraq **********4631 və **********4493 saylı gömrük bəyannamələri tərtib edilmişdir. Həmin gömrük bəyannamələri üzrə yüklərə baxış keçirilərkən bəyan edilmiş malların dəyərləri ilə bağlı şübhələr yaranmışdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2021-ci il tarixli, 9/7238 saylı ekspert rəyindən görünür ki, Yaponiya istehsalı olan “SMC İNR-571-016” markalı, 11321256 modelli təzə tibbi avadanlığın bir ədədinin qiymətinin 27805 manat, iki ədədinin qiymətinin isə 55610 manat olduğu müəyyən edilmişdir. İş materiallarında əlavə olunmuş 12 noyabr 2021-ci il tarixli raportdan görünür ki, əsasında Şəxs MMC tərəfindən bəyan edilmiş yükə görə gömrük ödənişlərinin yayınmağa cəhd edilmiş məbləğ “Gömrük prosedurları və ödənişləri” şöbəsi tərəfindən hesablanmış və idxal rüsumu 5122,51 manat, ədv 7090,67 manat və əməliyyat haqqı 120 manat olmaqla, ümumilikdə gömrük ödənişlərindən yayınma 12333,18 manat təşkil etmişdir. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 13 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən 00800- 0244/21 nömrəli, 11 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolunda qeyd edilən gömrük borcu tam şəkildə ödənilmişdir. Həmin məktubda həmçinin Şəxs MMC tərəfindən ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin qeydinin 2-ci bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC inzibati xəta nəticəsində vurulmuş ziyanı ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-35/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-35/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver