Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-35/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon prokurorunun nümayəndəsi X4, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X3 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Nicat Şəmşirov tərəfindən qəbul edilmiş Cinayət işi başlanmasının rədd edilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərara əsasən – Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş müraciət ilə əlaqədar toplanmış 02/2-352c-22 saylı material üzrə hər hansı vəzifəli şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən 05 dekabr 2022-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icrata başlanmış və baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xəzər rayon prokurorunun nümayəndəsi X7 izahatında bildirdi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş məktub əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan icraçı direktoru X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblərə” dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 302 saylı Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, 29 sentyabr 2022-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətizdirilmiş ümumi çəkisi 67000 kq təşkil edən ərzaqlıq kartof məhsullarından 04 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sınaq üçün nümunələr götürüldükdən sonra həmin məhsulları sertifikatlaşdırılmadan satmışdır. Şəxs MMC qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X6 izahatında bildirdi ki, Şəxs MMC-nin idxal etdiyi 67 ton kartof məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən ekspertiza üçün nümunələr götürülmüş və yük sahibinin səlahiyyətli nümayəndəsinə məhsul partiyasının toxunulmazlığı barədə xəbərdarlıq edilərək iltizam alınmışdır. Daha sonra aparılmış sınağın nəticəsində təqdim edilmiş nümunələrdə halqavari bakterial çürümə aşkar edildiyindən yüklərin saxlandığı anbarlara təkrar baxış keçirilmiş və qida təhlükəsizliyi sertifikatı alınmadan məhsulun satışının həyata keçirildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 17 yanvar 2023-cü il tarixdə direktor Abdullazadə Z.B ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasına etiraz etməmiş, inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malları satmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin məsləhətçisi X8 tərəfindən tərtib edilmiş 04 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Şəxs MMC-nin gətirdiyi kartof məhsulundan 1 nümunə götürülmüşdür. Həmin akt Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi Ağakişi Nurməmmədov tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin məsləhətçisi X8 tərəfindən tərtib edilmiş 04 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, 67 ton ərzaqlıq kartofa toxunulmaması müəssisənin səlahiyyətli nümayəndəsi Ağakişi Nurməmmədovun nəzərinə çatdırılmışdır. Həmin akt Ağakişi Nurməmmədov tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X2 Laboratoriyasının Sınaq protokolundan görünür ki, Şəxs MMC tərəfindən idxal edilmiş kartof nümunəsində kartof yumrularında halqavari bakterial çürüməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-nin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə məsuliyyəti yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Pirallahı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-35/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-35/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver