Məhkəmə qərarları › İş №3(003)-351/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-351/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-351/2021 08.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru X1 iştirakları ilə xx xxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Bağlar massivi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 206-cı maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 22:18 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində baş vermiş oğurluqla bağlı şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılaraq 1-ci PŞ-nə dəvət edilmişdir. Belə ki, Xəzər RPİ 1-ci Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlər görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 22:18 radələrində Xəzər rayonu Türkan qəsəbəsində baş vermiş oğurluqlarla bağlı şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılmış və 1-ci PŞ-nə dəvət edilmişdir. Həmin tarixdə Polis Şöbəsində Şəxs narkotik vasitə qəbul edib-etməməsi üçün Səhiyyə Nazirliyinin Narkoloji dispanserinə göndərilmiş və alınmış xx xxxxxx 2021-ci il tarixli 363 №-li akta əsasən onun sidiyində OPİ (+) AMP (+) MET (+) preparatları aşkar edilmişdir. Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi “Reno” markalı avtomobil ilə Zirə qəsəbəsində hərəkətdə olan zaman polis işçiləri tərəfindən saxlanılmış və şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılaraq 1-ci PŞ-nə dəvət olunmuşdur. O da öz növbəsində polis əməkdaşları ilə şöbəyə gələrək orada narkotik maddə istifadəçisi olduğunu və axırıncı dəfə 10-15 gün bundan əvvəl narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Əməlindən peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. İnzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Bağlar massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar