Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-357/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlu, X1 barəsində xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Bakı şəhərində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət və digər materiallar natamam olduğuna və düzgün tərtib edilmədiyinə görə geri qaytarılmalıdır. Belə ki, X2 şikayətində xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, şikayətinə qeyd edilən qərarı əlavə etməmişdir. Bundan başqa, X2 şikayətində özünün ünvanını göstərməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 barəsində xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-357/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-357/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver