Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-358/2023 07.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC müvəqqəti idxalın tələblərinə, şərtlərinə zidd olaraq gömrük orqanının müəyyən etdiyi müddətdə malları müvafiq gömrük proseduru altında yerləşdirmiş, lakin müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq mallar gömrük ərazisindən kənara aparılmamışdır. Belə ki, Şəxs MMC xx.xx.2021-ci il tarixində netto əkisi 53,80 kq, gömrük dəyəri 11872,80 AZN olan “Süni radioktav izotoplar” adlı yükü **********6729 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirmişdir. Yükün bir hissəsi (ümumi gömrük dəyəri 170 AZN, netto çəkisi 53.80 kq) **********4504 nömrəli gömrük bəyannaməsi əsasında xx.xx.2021-ci il tarixdə təkrar ixrac edilmişdir. Yükün qalan hissəsinin müvəqqəti idxal müddəti xx.xx.2022-ci il tarixində bitməsinə baxmayaraq, malların müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən 24 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurunun müddətinin uzadılmasına dair xx.xx.2022-ci il tarixli müraciətdən görünür ki, Şəxs MMC gömrük bəyannaməsinin müvəqqəti idxal müddətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər uzadılması xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.1-ci maddəsinə əsasən n beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, "Şəxs tərəfindən xx.xx.2021-cü il tarixdə **********6729 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 11872.80 AZN, netto çəki 53.80 kq) yük müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün bir hissəsi (ümumi gömrük dəyəri 170 AZN, netto çəki 53.80 kq) **********4504 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xx.xx.2021-ci il tarixdə təkrar ixrac edilmişdir. Yükün qalan hissəsinin müvəqqəti idxal müddəti xx.xx.2022-ci ildə bitməsinə baxmayaraq malların müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Lakin Şəxs tərəfindən malların müvəqqəti idxal müddətinin uzadılması üçün 2 sentyabr 2013-cü il tarixli, 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında aylıq ödənişlər ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-358/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-358/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver