Məhkəmə qərarları › İş №3(003)-36/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-36/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-36/2022 21.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X1 oğlunun iştirakı ilə X1 Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X3 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 11 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayon Polis idarəsinin 1-ci Polis şöbəsinin barəsində tərtib etdiyi EXB seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək göstərdi ki, şirkətdə ekspert işləyir və həmin ərazidə mağazalardan sifariş götürür. 07 dekabr 2021-ci il tarixdə, saat 15:24-də mağazada telefonla danışıb çölə çıxarkən polis əməkdaşı maskadan istifadə etmədiyini bildirib barəsində protokol tərtib etmişlər. Halbuki həmin vaxt maskadan istifadə etmiş və ona tərtib olunmuş protokol təqdim olunmamışdır. Ondan əvvəl isə onu Pirallahıda saxlayıb tibbi maskadan istifadə etmədiyinə görə barəsində protokol tərtib etmişlər və o, həmin cəriməni ödəmişdir. Cərimə olunması barədə 13-14 dekabr 2021-ci il tarixdə məlumatı olmuş və məhkəməyə şikayət vermişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X3 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 11 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Xəzər RPİ-nin 1-ci PŞnin sahə inspektoru vəzifəsində işləyir. X4 07 dekabr 2021-ci il tarixdə səhər saatlarında ünvan 1 ünvanında yerləşən mağazada telefonla danışarkən tibbi maskadan istifadə etmədiyinə görə barəsində EXP seriyalı ******* nömrəli, 07 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin vaxt İqbal Rüstəmovla birlikdə 3 nəfər şəxs barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Pirallahı RPŞ-nin İTB-nin sahə inspektoru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 21 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 21 noyabr 2020-ci il tarixdə, günorta (saat 12-18) epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə əzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Pirallahı RPŞ-nin sahə rəisi X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 21 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qeydiyyat haqqında arayışdan görünür ki, X4 MN seriyalı ******* nömrəli protokola əsasən yazılmış 100 manat cəriməni 17 dekabr 2020-ci il tarixdə ödəmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru X5 tərəfindən tərtib olunmuş EXP seriyalı ******* nömrəli 07 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 07 dekabr 2021-ci il tarixdə, səhər (saat 6-12) ünvan 1 ünvanında Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X3 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 11 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, karantin dövründə X4 tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərini pozduğuna görə inzibati tənbeh almasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyindən Xəzər RPİ-nin 1ci PŞ-nin sahə inspektoru X5 tərəfindən barəsində EXP seriyalı ******* nömrəli 07 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X3 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 11 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X4 EPQ seriyalı ******* nömrəli 11 dekabr 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan 13-14 dekabr 2021-ci il tarixdə məlumatı olmuş və 15 dekabr 2021-ci il tarixdə həmin qərardan şikayət vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi X3 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli 11 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar