Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-36/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 24 oktyabr 2022-ci il tarixdə təxminən 18 radələrində idarə etdiyi “Toyota” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi ərazisində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz 190” markalı **-SK-*** qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yaynmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 03 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, hadisənin olduğunu təsdiq edir. Ona dəymiş ziyan ödənilməmişdir. 06 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, hadisənin olduğunu təsdiq edir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 24 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Maştağa – Buzovna şossesinə doğru hərəkətdə olan zaman iki nəfər müştəri götürmək üçün əyləci basmış, avtomobili arxaya doğru hərəkət etdirmişdir. Bu zaman avtomobilinin nəyəsə çırpıldığını hiss etmişdir. O, dərhal avtomobildən düşmüş və “Mercedes Benz 190” markalı avtomobilə çırpıldığını görmüşdür. Hadisə yerində iki nəfər şəxs olmuşdur. Hazırda maddi içkanı olmadığından dəymiş ziyanı ödəyməməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 25 oktyabr 2022-ci il tarixli, 1475 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – sağ gicgah nahiyəsinin əzilmiş yarası küt əşya təhsirindən törənmiş, törənmə müddəti onun məhkəmə - tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 noyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 25 oktyabr 2022-ci il tarixdə təxminən 14 radələrində idarə etdiyi “Toyota” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivindən Maştağa- Buzovna şossesinə doğru hərəkətdə olan zaman Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz 190” markalı **-SK-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsinə çırpılmış, avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-36/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-36/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver