Məhkəmə qərarları › İş №3(003)-36/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-36/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-36/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, şikayətçi X2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus Xəzər rayonu inzibati ərazi daxilində (Abşeron rayonu, Türkan Üzümçülük savxozu ərazisində 39N426643,4469372 nömrəli kordinatlar) kənd təsərrüfatıl məhsullarının istehsalı məqsədi ilə icarə (xx.xx.2016-cı il tarixli **********55 nömrərəli çıxarış) verilmişdir. O, sözü gedən orqana qərarın verilməsinə rəsmi qaydada dekabr ayının 17-si göndərilmişdir. Belə ki, İnzibati Xətalar məcəlləsinin 247.2 ci maddəsi ilə mənə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazı İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul olunmuş xx.xx.2024- cü il tarixli MN 14338900 saylı qərar ǝsasında 500 məbləğində cərimə edilmişdir. Qanunun tələbinə görə inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin inzibati xəta törətməsini sübut edən hallar-foto və ya video çəkiliş inzibati xəta haqqında protokola əlavə edilməli və inzibati xəta törədən şəxsin təqsirliyini sübut edən hallar sübutlarla birlikdə qiymətləndirilməlidir. Belə ki ona çıxarış əsasında verilən sözü gedən torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. Yalnız borc xərc eləyib 1 metr hündürlüyündə hasar eləmişdir ki, torpağının ərazisini dəqiq bilsin. Onun o ərazidə tikinti aparmaq məqsədim olmayıb. Yalnız gələcəkdə kənd təsərrüfatı məqsədi ilə icarəyə vermək fikrində olmuşdur. xx.xx.2024-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN 14338900 saylı qərar düzgün tərtib edilməmişdir. Ünvana rəsmi qaydada protokol göndərilmiş qərar göndərilməmişdir. Xəzər rayon icra probasiya şöbəsindən gələn sms mesaj vasitəsi ilə barəsində belə bir qərar olduğunu və cərimə edildiyindən məlumatlı olmuşdur. Ümumiyyətlə, hesab edir ki, qərarda göstərilmiş hallar üzrə inzibati xəta tərkibi yoxdur və bu səbəbdən qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X5 barəsində torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi ilə bağlı şikayət daxil olmuş, bununla bağlı araşdırma başlanılmış, akt tərtib edilmiş, foto və video görüntülər əldə olunmuş, dəymiş ziyan hesablanaraq Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan 25 iyun 2024-cü il tarixli, MN seriyalı 17612229 nömrəli inzibati tənbeh vermə haqqında protokolda göstərilmişdir ki, X5 tərəfindən Bakı şəhəri Xəzər Rayonu Türkan üzümçülük Sovxozunda yerləşən içərisində olan 0,04 ha torpaq sahəsində hasarlanma işləri apararaq torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmişdir. Buna görə də X5 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolda göstərilmişdir ki, X5 tərəfindən Bakı şəhəri Xəzər Rayonu Türkan üzümçülük Sovxozunda yerləşən içərisində olan 0,04 ha torpaq sahəsində hasarlanma işləri apararaq torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmişdir. Buna görə də X5 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Təqdim edilmiş fotoşəkillərdən və 01 ədəd dvd diskdən görünür ki, X5 tərəfindən torpaq sahəsində hasarlanma işləri aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir; Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrinin məhdudiyyətli istifadəsi— torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsinə əsasən: kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir; kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar; kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 13-1-ci maddəsinə əsasənKənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərkənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərara əsasən X5 tərəfindən Bakı şəhəri Xəzər Rayonu Türkan üzümçülük Sovxozunda yerləşən içərisində olan 0,04 ha torpaq sahəsində hasarlanma işləri apararaq torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmişdir. Buna görə də X5 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayonu Türkan üzümçülük X3 Abrikovna tərəfindən əvvəllərdə eyni qaydada tikili həyata keçirilməsi aşkar edilmiş, müvafiq qurum tərəfindən aşkar edilərək söküntü işləri aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X5 İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar