Məhkəmə qərarları › İş №3(003)-361/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-361/2020

12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-361/2020 12.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və x3 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı x1 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM)496.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına Böyük Britaniyada yerləşən "R+M x5” şirkəti tərəfindən **********0/S01071721 nömrəli aviaqaimə ilə ümumi invoys dəyəri 3290,60 İngilis funt sterlinqi (ümumi gömrük dəyəri 10830,23 manat), brutto çəkisi 367 kq olan “İzolyasiyalı elektrik kabellər: Cable nek 4Cx25mm2-140ədəd, 3Cx2.5mm2-50ədəd, 4Cx6mm2-25ədəd, 1Cx15mm2-25 ədəd,istehsalçı R+M (UK) Limirted“ adlı mallar göndərilmişdir. Xarici hüquqi şəxsin fılialı tərəfindən **********3996 nömrəli gömrük bəyannaməsi təqdim olunaraq, həmin mallar 17.01.2020-ci il tarixində 17.02.2020-ci il tarixinədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda, müvəqqəti saxlanc müddətinin keçməsinə baxmayaraq, qeyd olunan mallar rəsmiləşdirilməmişdir.Belə ki, Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/00891 nömrəli 02.03.2020-ci il tarixli raporta əsasən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 17.01.2020-ci il tarixdə **********3996 sorğu nömrəli GB ilə yüklər (ümumi gömrük dəyəri 10830,23 AZN, netto çəkisi 343,2 kq) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün müvəqqəti saxlanc müddəti 17.02.2020-ci il tarixdə bitməsinə baxmayaraq digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir.19.03.2020-ci il tarixində Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Bakı şəhəri, Səlyan şossesi 28-30 km ünvanında yerləşən anbarında gömrük nəzarət altında olan mallara gömrük baxışı keçirilərkən, müvəqqəti saxlanca götürülmüş malların vəziyyətinin dəyişdirilmədiyi və heç bir qanunsuz əməliyyatın aparılmadığı müəyyən edilmişdir.Beləliklə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozaraq, gömrük orqanının müəyyən etdiyi saxlanc müddətinin başa çatmasına baxmayaraq, malları müvafiq gömrük proseduru altında yerlədirməmişdir. Bu barədə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və x3 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı x2 tərəfindən 19 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və x3 şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı x2 protokolun məzmununa uyğun izahat verdi və Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının tənbeh edilməsini xahiş etdi. Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və x3 şöbəsinin rəis müavininin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialıAzərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar