Məhkəmə qərarları › İş №3(003)-363/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-363/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-363/2023 07.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə BP Eksploreyşn (Şah Dəniz) Limited şirkətinin Azərbaycan Nümayəndəliyi-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: BP Eksploreyşn (Şah Dəniz) Limited şirkətinin Azərbaycan Nümayəndəliyi müvəqqəti idxalın tələblərinə, şərtlərinə zidd olaraq gömrük orqanının müəyyən etdiyi müddətdə malları müvafiq gömrük proseduru altında yerləşdirmiş, lakin müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq mallar gömrük ərazisindən kənara aparılmamışdır. Belə ki, Hüquqi ünvanı ünvan 1irkətinin Azərbaycan Nümayəndəliyi tərəfindən ümumi gömrük dəyəri 747927.16 AZN netto əkisi 18500 kq olan “qara metallardan hazırlanmış və “Sualtı ağac” neft avadanlığının daşınması üçün nəzərdə tutulmuş platforma” adlı yük xx.xx.2021-ci il tarixdə **********0055 saylı gömrük bəyannaməsi əsasında müvəqqəti ixracda gömrük proseduru altında yerləşdirilmişdir. Yükün müvəqqəti ixracda olma müddəti xx.xx.2023-ci il tarixdə bitməsinə baxmayaraq müvəqqəti idxal müddətinin uzadılması üçün vaxtında müraciət edilməmiş və a digər gömrük proseduru altında yerləşdirilməmişdir. Bununla da BP Eksploreyşn (Şah Dəniz) Limited şirkətinin Azərbaycan Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə BP Eksploreyşn (Şah Dəniz) Limited şirkətinin Azərbaycan Nümayəndəliyi-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 tərəfindən 24 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi və BP Eksploreyşn (Şah Dəniz) Limited şirkətinin Azərbaycan Nümayəndəliyi-nin nümayəndəsi iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan BP Eksploreyşn (Şah Dəniz) Limited şirkətinin Azərbaycan Nümayəndəliyinin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurunun müddətinin uzadılmasına dair xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, BP Eksploreyşn (Şah Dəniz) Limited şirkətinin Azərbaycan Nümayəndəliyi gömrük bəyannaməsinin müvəqqəti ixrac müddətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər uzadılması xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.1-ci maddəsinə əsasən n beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, "Bp Eksploreyşn (Şah Dəniz) Limited" şirkətinin Azərbaycan Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə **********0055 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 747927.16 AZN, netto çəki 18500 kq) yük müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti ixrac müddəti xx.xx.2023-ci il tarixdə bitməsinə baxmayaraq müvəqqəti ixrac müddətinin uzadılması üçün 2 sentyabr 2013-cü il tarixli, 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.2-ci bəndinə uyğun müraciət edilməmiş və ya müvafiq Qərara uyğun olaraq digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, BP Eksploreyşn (Şah Dəniz) Limited şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: BP Eksploreyşn (Şah Dəniz) Limited şirkətinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar