Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-363/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Bakı Şəhər X5 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 19407648 nömrəli, 11 fevral 2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək şikayət ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayət ərizəsini araşdırıb, şikayət vermiş şəxs X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətini geri götürdüyünü bildirməklə şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birgə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 19407648 nömrəli, 11 fevral 2024-cü il nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən surəti 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-363/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-363/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver