Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-364/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İş № 3(003)-364/2022 Surət Bakı şəhəri Xəzər Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə Q Ə R A R İ 02 mart 2022-ci il Bakı şəhəri Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ DYPŞ YNH üzrə inspektoru, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 332.4-cü maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 24 fevral 2022-ci il tarixdə “Mercedes C220 CDİ” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təxminən saat 17:40 radələrində Türkan qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirib yol kənarında olan hasara dəymiş, nəticədə “Mercedes C220 CDİ” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin DYPŞ YNH inspektoru, polis leytenantı X2 tərəfindən 02 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xəzər DYPŞ-nin nümayəndəsi, YNH üzrə inspektor, polis leytenantı X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 24 fevral 2022-ci il tarixdə “Mercedes C220 CDİ” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təxminən saat 17:40 radələrində Türkan qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirib yol kənarında olan hasara dəymiş, nəticədə “Mercedes C220 CDİ” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Bu səbəbdən barəsində müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin avtomobilinə dəymiş ziyanı etiraf edir və həmin ziyanı tam olaraq ödədiyindən zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə tənbehi yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: “imza” Tərlan Əkbərov “düzdür” Məhkəmənin hakimi: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-364/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-364/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver